Ana səhifə / Şou Biznes / Boksçumuz “Rio-2016″ya qələbə ilə başladı

Boksçumuz “Rio-2016″ya qələbə ilə başladı

Azərbaycan boksçusu Kamran Şahsuvarlı “Rio-2016” Yay Olimpiya Oyunlarının dördüncü günündə keçirdiyi ilk qarşılaşmasını qələbə ilə başa vurub.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/16 final mərhələsində çinli Minqqanq Cao ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən K.Şahsuvarlı səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırıb. Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) də Olimpiadada ilk qarşılaşmalarında qələbə qazanıblar.

AzVision.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın