Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Boğaz xərçənginə yaxalanan Könül Xasıyevadan xəbər var

Boğaz xərçənginə yaxalanan Könül Xasıyevadan xəbər var

Ünlü muğam ustasının çağırışı eşidildimi?..

Xəbər verildiyi kimi, məşhur muğam ifaçısı, Xalq artisti Könül Xasıyeva boğazında aşkarlanan bədxassəli şişlə bağlı xalqa müraciət edib. Sənətçi Almaniyada aparılacaq əməliyyat üçün (150 min dollar) maddi yardıma ehtiyacının olduğunu bildirib.

“Əziz və dəyərli xalqımız, elimiz-obamız, uzaqda, yaxında yaşayan soydaşlarımız. Sənətə gəldiyim ilk gündən, hər zaman ləyaqətlə yaşamağa çalışdım. Öncə ləyaqət, sonra sənət dedim. Kimsənin qəlbini qırmadım. Var-dövlət arxasınca qaçmadım. Sadə doğuldum, sadə yaşadım. Ən əsası sizi sevərək, sevginizlə yaşadım. 22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz (yayılmayıb) verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var”, – müraciətdə deyilir.

Bəs muğam ustadının bu müraciətini eşidən oldumu? Mədəniyyət Nazirliyi bu məsələdə nə dərəcədə köməklik göstərəcək?

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Xalq artistinin özü ilə əlaqə saxlayıb. Könül Xasıyeva əməkdaşımıza açıqlamasında hələ ki, heç kimin onun səsinə səs vermədiyini deyib: “Ötən gün öz ”İnstagram” səhifəmdə müraciət yaydım. Hələlik heç bir səs-soraq yoxdur. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Mədəniyyət Nazirliyi isə mövzu ilə bağlı sorğumuza tezliklə cavab veriləcəyini bildirdi.

Həmkarlarından kimlər Könül Xasıyevaya dəstək olacaq?

Manaf Ağayev: Bir kəlməyə görə qadının başını kəsərəm (Ən Yaxşısı) - YouTube

Manaf Ağayev

Müğənni Manaf Ağayev sualımızı bu cür cavablandırdı: “Bu haqda heç nə eşitməmişəm. Ümumiyyətlə, bu mövzuda nə danışmaq, nə də cavab vermək istəyirəm. Üstəlik heç kim də mənə zəng edib, köməklik istəməyib. Könül xanım istəsəydi, zəng edərdi”.

Cavanşir Məmmədov saatının 114 min avroya olduğunu açıqladı

 Cavanşir Məmmədov

Əməkdar artist Cavanşir Məmmədov isə qeyd etdi: “Bundan əvvəl Könül xanıma dövlət tərəfindən ev də verilib, təqaüd də, müalicəsi üçün də yardım olunub. İndi yenə köməyə ehtiyacı varsa, müraciət etsin, yəqin ki, bu dəfə də köməklik olunar. Ümumiyyətlə, bu məsələ ilə bağlı mənim bir təklifim var idi, lakin mənə güldülər. Mən təklif edirdim ki, kimsə xalq artisti adını almaq istəyirsə, mədəniyyət nazirliyinin fondunda adına hesab açılsın və xalq həmin hesaba pul göndərsin. Tutaq ki, 5 milyon manat yığılsa, bilinəcək ki, xalq tərəfindən sevilir, nazirlik və yaxud Prezident tərəfindən xalq artisti seçilsin. Həmin pul da nə vaxtsa bu cür vəziyyətlərdə xərclənsin. Yoxsa ki, kimsə xəstələnəndə ya ölkə rəhbərliyinə, ya da Heydər Əliyev Fonduna müraciət edir, onda da gec olur. Axı həm ölkə rəhbərliyinin, həm də fondun kifayət qədər işi olur, bu qədər işin içində sənətkarların da probleminə yetə bilməz ki”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …