Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Şou Biznes / “Bizi gənclərin xoşbəxtliyindən çox pul yığmaq maraqlandırır“ – Nadir Qafarzadə

“Bizi gənclərin xoşbəxtliyindən çox pul yığmaq maraqlandırır“ – Nadir Qafarzadə

“Mütləqdirmi nəslimdə olan sonuncu adamı da axtarıb tapıb toyuma çağırım? Əminin baldızının xalası qızını çağırmaq nəyə gərəkdir?”

Bu sözləri Yenisabah.az-a toylarla bağlı danışan müğənni Nadir Qafarzadə deyib.

Sənətçi artıq toylara icazə verilməsiylə bağlı qərarı dəstəklədiyini bildirib:

“Artıq toylar başlamalı, belə də olmalı idi. Nə qədər ağlayaq? Təqvimə baxsanız, bizim təqvimimiz qapqaradır. Bəs biz nə vaxt ağ günə çıxacağıq? Təqvimi vərəqləyin görün bir ağ gün tapırsınızmı? Hər gün müharibələr, qətllər, “Məhərrəm” ayları… Ona görə artıq bu xalqın üzü gülməlidir. Nə qədər pessimist olmaq olar?!”

N.Qafarzadənin sözlərinə görə, o toyların az adamla keçirilməsinin tərəfdarıdır:

“Mənim üçün toylarda adam sayının fərqi yoxdur. Əslində, 150 nəfər normaldır. Çoxluq nəyə lazımdır axı? 150 nəfərlə zalda ağız deyəni də qulaq eşidir, rahatlıq olur. İnşallah, mənə də qismət olar, düzdür, bilmirəm, mənim qonaqlarım 150 nəfər olar ya yox, amma hər halda say-seçmə qohumları, dostları çağırmaq daha yaxşıdır. Mütləqdirmi nəslimdə olan sonuncu adamı da axtarıb tapıb toyuma çağırım? O ancaq bizdədir. Ən yaxın qohumlar – bacı, qardaş və onların övladları  olsa, yetər.  Yoxsa ki, əminin baldızının xalası qızını çağırmaq nəyə gərəkdir? Çoxsu bunu pul yığmaq məqsədi ilə edir. Bizi gənclərin xoşbəxtliyindən daha çox pul maraqlandırır. Düşünürəm ki, həmin pulu yığıb xərcləməkdənsə, gənclərə verib, onları harasa göndərmək, kef yaşatmaq olar. Artıq xərcə gərək yoxdur”.

O, yerli toylarda israfçılığa yol verildiyini qeyd edib:

“Toylarımızda da artıq xərclər çox olur, israfçılıq  edilir, yeməklər qalır. Toyun axırında plov gəlir, dondurma gəlir. Bu kimə lazımdır axı? Mədə-bağırsaq da sıradan çıxır, camaat gedir evə partlamaya düşür, yata  bilmir, qarınağrısına düşürlər. O qədər yeməyi yazıq mədə necə qəbul etsin axı? Ümumiyyətlə, məncə, plov toyun ortasında gəlsə yaxşı olar. Onsuz da sonda onu heç kim yemir, qalıb xarab olur”.

Bir müddətdir fəaliyyətini Rusiyada davam etdirən müğənni yaxın günlərdə vətənə dönəcəyini açıqlayıb:

“Mən özüm hələ də Rusiyadayam. Lakin bir-iki günə dönəcəm. Bakıda toy dəvətləri almışam. Pandemiyadan sonra toy qiymətlərimdə artım etməmişəm, elə həmin qiymətdir”.

Həmçinin oxuyun

Sami Yusuf azərbaycanlı məşhurun oğlunu səslədi: “Hardasan Kənan?” (VİDEO)

Əməkdar artist Təyyar Bayramovun məşhur müğənni Sami Yusufla görüntüsü yayılıb. Manset.az xəbər verir ki, görüntüdə …