Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Biz nə vaxt biqeyrət olmuşuq?!” – Afətə sərt cavab

“Biz nə vaxt biqeyrət olmuşuq?!” – Afətə sərt cavab

Bir müddət əvvəl Rusiyaya köçən müğənni Afət Fərmanqızının “Azərbaycan cəmiyyəti savadsızdır, insanlar günlərini barda keçirir” fikirləri müzakirələrə səbəb oldu.

Cəmiyyət müğənninin xalqı təhqir etdiyini bildirərək onu sərt tənqid etdi. Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev bunun xalqı aşağılamaq olduğunu deyərək həmkarını qınayıb: “Azərbaycanda hər şey qaydasında olanda yaxşı idi, indi müharibə ərəfəsində bir az çətinlik yarandı deyə pis oldu? Bu gün bütün dünyada vəziyyət pisdir. İnsan xalqı ilə birlik olmağı bacarmalıdır. Xalq bütün əziyyətlərə qatlaşırsa, sən kimsən ki, qatlaşmayasan? Qatlaşmamağın cəhənnəm, bəs niyə xalqı təhqir edirsən? Biz nə vaxt savadsız, biqeyrət olmuşuq?! Heç vazt Azərbaycan xalqı belə olmayıb.

Afət Fərmanqızı cavan deyil, xeyli yaşı var, 20 Yanvarı, Birinci Qarabağ Müharibəsini görüb, xalqımız nələrə qadirdir görməyib?

Bu sözlərim təkcə Afət Fərmanqızına aid deyil, bu gün şou-biznesdə çox adam xalqı aşağılamaqla məşğuldur. Biri deyir xalq yatıb, biri deyir cəmiyyət keydir… Hərə bir şey deyir, bu düzgün deyil”.

Ə.Mirəliyev bütün çıtinliklərə rəğmən sənətçilərin öz vətənində qalmasının tərəfdarı olduğunu bildirib: “Müharibə şəraitində yaşayırıq, belə vəziyyətdə yerindən duran müğənni xalqı təhqir edə bilməz. Bizdən artıq deyillər. Biz Azərbaycanda yaşamırıq? Mən yaşamıram? Mən niyə qaçmıram bəs? Çünki insan vətənində yaşayıb vətənində də ölməlidir. Bizim qayda-qanunumuz belədir. Hər yerindən duran bir ölkəyə getsə, sonumuz necə olar? Bəs Azərbaycada kim qalacaq? Sizlər Azərbaycanda tanındınız, populyar oldunuz sonra qaçdınız. Qınınızdan çıxıb qını bəyənmədiniz. Belə şey olmaz. Bu sözlərim tək Afət Fərmanqızına yox, bir çox məşhura aiddir. Çox adam bu gün gedib Rusiyada oxuyur. Guya orda toy-bayramdır… Rusiya sabah qan içində olacaq, görüm onda hara qaçacaqlar? Onda da Çinə qaçacaqlar?”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …