Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / “Biri alver edir, vicdanını satır” – Məşhurlardan Sevdaya…

“Biri alver edir, vicdanını satır” – Məşhurlardan Sevdaya…

Ötən gün müğənni Sevda Yahyayevanın illər əvvəl ortaya çıxan görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçi instaqram istifadəçilərinin onun keçmiş görünüşünü ələ salmasına əsəbiləşib və səhifəsində təsirli bir paylaşım edib. O, yeniyetmə vaxtlarında mağazada çörək satdığını, keçmişindən utanmadığını deyərək onu məsxərəyə qoyanlara iradını bildirib. 

“Qafqazinfo” xəbər verir ki, Sevdanın həmin paylaşımından sonra şou-biznes üzvləri ona dəstək olublar. Başda xalq artisti Afaq Bəşirqızı olmaqla, digər incəsənət üzvləri Sevdanın paylaşımına münasibət bildiriblər.

Röya Ayxan: “Gözəlim, sən bunlara fikir vermə.Birisi arxasını görmür, digəri 40 yaşında ana-ata çörəyi yeyir. O birisi də alver edir, vicdanını satır. Bu arada, o “pekarni”yə çörəyi mən gətirirdim, tanımadın?”

İradə İbrahimova: “Bar verən ağac daşlanar. Səndə olan abır, mədəniyyət, tərbiyə, zəhmətkeşlik kaş ki, danışanlarda olsa. Ona görə öndəsən, kefini pozma”.

Natavan Həbibi: “Mənim əzizim, Allah yolunu hər zaman açıq etsin”.

Nura Suri: “Yazdığın hər sözə, cümləyə görə alnından və gözlərindən öpürəm”

Xədicə Sənanqızı: “Sevda, gözəlim! Sənin mədəniyyətin, davranışın, zəhmətkeşliyin, məqsədinə çatmaq üçün çabaladığın hər kəsə örnək olsun”.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …