Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / “Bir vaxtlar erməni qızı almaq uğrunda Bakıda növbəyə düzülürdülər”

“Bir vaxtlar erməni qızı almaq uğrunda Bakıda növbəyə düzülürdülər”

İdmançımızı qınayanlar bir az da idmançılara ayrılan pulların yeyilməsini qınasın”

Azinforum.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış pedaqoq və tarixçi Dilavər Əzimli azərbaycanlı güləşçi Həsən Əliyevin yarımfinalda erməni idmançısı Miqran Arutyunyana məğlub olmasına görə səsləndirilən qınaqlara kəskin etiraz edib. D.Əzimli idmanın siyasiləşdirilməsinə qarşı çıxıb və ermənilərə hansısa yarışda deyil, Qarabağ məsələsində qalib gəlməyin zəruriliyini vurğulayıb:

“Azərbaycan idmançısının erməniyə uduzmasını az qala faciəyə çeviriblər. Bu nə düşüncədir bu millətə aşılayırlar? Bu mənada Mirzə Xəzərin statusunu bəyənirəm. İdman və musiqidə millət anlayışı yoxdur. Biz ermənilər üzərində o zaman bayram edə bilərik ki, Qarabağımızı geri qaytara bilək. Azərbaycan idmançısını ittiham edənlər elə hərəkət edirlər ki, sanki Qarabağı ermənilərə o, verib.

Ayıbdır, cənablar! Özünüzə gəlin. Bu düşüncədən uzaq olun. Bizim idmançı ermənini udsaydı nə olacaqdı? Bu qol gücüdür. Hünəriniz var, siz ortaya çıxıb ermənini yıxın. İdmanı siyasiləşdirmək olmaz. Telekanallarımızda lüt müğənnilər millətə qeyrət dərsi keçir, ona dinmirlər. İdmançımız erməniyə məğlub olur, ona qarşı hücuma keçirlər. Bəlkə unutmusunuz o zamanları ki, erməni qızı almaq uğrunda Bakıda növbəyə düzülürdülər. Çünki erməni qızı almaq vəzifə vəd edirdi. Çoxlarımızda erməni məhəbbəti o qədər yüksək idi ki, millətimizə yuxarıdan aşağı baxırdıq.

Dostlar, bir daha səsələnirəm, idmanın bu məsələyə dəxli yoxdur. Biz Qarabağı uduzduq. O zaman sevinərik ki, onu geri qaytaraq.

Əziz idmançı qardaşım, fikir etmə və sənə qarşı hücuma keçən səviyyəsizlərə də fikir vermə. Elə bil ki, erməniyə deyil, kiməsə də uduzmusan. İdmanın qaydası belədir. Görünür ki, hazırlığında nə isə çatışmır. Hamı bilməsə də, şəxsən mən bilirəm. Çünki yaxın qohumlarımdan idmançılar vardır. Onlara hazırlıq mərhələsində ayrılan pullar kimlərsə tərəfindən yeyilir. Onlar da bəzən yaxşı hazırlaşa bilmirlər. Yəni, toplanış məntəqəsində bir ay əvəzinə on gün qalırlar. Çünki digər günlərin pulları yeyilir. Bu da sonradan, yəni mötəbər yarışlarda özünü göstərir. Çox istərdim ki, uduzan idmaçımızı qınayanlar, “diputatlar” bu məsələyə də diqqət ayırardılar”.

 

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …

Bir cavab yazın