Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / Bir uşağa Messi, o birinə Ronaldo adı qoydular – Azərbaycanda

Bir uşağa Messi, o birinə Ronaldo adı qoydular – Azərbaycanda

Son beş ildə Azərbaycanda doğulan xeyli sayda körpəyə məşhur futbolçuların adları verilib.

“ Azinforum.az ” xəbər verir ki, Ədliyyə Nazirliyindən Report-a verilən məlumata görə, həmin adların arasında türk futbolçularının adları üstünlük təşkil edib.

Son beş ildə doğulan 228 körpəyə Ayhan, 131-nə Arda, 16-na Hasan adı verilib.

Həmin müddətdə 1 körpəyə Messi, 1-nə Ronaldo, bir uşağa Dario, 6-na Aleks adı qoyulub.

Ümumiyyətlə, son beş ildə uşaqlara Fateh (889), Hakan (21), Zidan (2), Sabri (2), Georgiy (1), Hamid (4), Halil (2) Ayhan (228), Nihat (2729), Tayfun (22), Ümit (12), Tayfur (4), Ali (225), Volkan (2), Sinan (405), Mehmet (21), Necati (16) kimi adlar da verilib.

Verilən adlar arasında qeyd olunan adların iştirakı ilə yaradılanlar da çoxdur. Belə ki, son beş ildə Azərbaycanda doğulan uşaqlar arasında Fatehəhməd, Fatehcəfər, Fatehcahan, Fateh Edvard, Ardan, Ardacan, Arda Furkan, Arda Ali, Hasanberkan, Hasan Jibirva, Hasan Emir, Hakan Eren, Hakan Emin, Nihatbəy, Nihatcan, Aleksa, Sinan Mete, Mehmet Ali, Mehmet Sabri, Mehmet Mesud, Mehmet Onur və s. adlar da yer alıb.

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın