Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / Bir qrup idmançıdan tikinti şirkətinə basqın..

Bir qrup idmançıdan tikinti şirkətinə basqın..

Paytaxtda tikinti şirkətlərindən birinin ofisinə hücum edən bir qrup şəxs tərəfindən quldurluq hadisəsi baş verib.

Bu barədə basqında ağır xəsarət alan Bəxtiyar Təhməzovun vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən “Eurostroy-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib:

“Şirkət həmin ərazidə hündürmərtəli binalar inşa edir. Rafael və Füzuli adlı şəxslər bir qrup idmançı dostları ilə birlikdə şirkətin ofisinə basqın ediblər. Onlar ofisi dağıdıb şirkətin rəhbər əməkdaşlarını, o cümlədən Bəxtiyar Təhməzovu xüsusi amansızlıqla döyərək onlardan hədə-qorxu ilə pul tələb ediblər. Qeyd edim ki, “Eurostroy-S” tikinti şirkətinə edilən basqın nəticəsində ağır xəsarətlər yetirilmiş və hal-hazırda da səhhəti ağır olan müdafiəçisi olduğum Bəxtiyar Təhməzov həmin şəxslər tərəfindən ölümcül hala salınıb. 1saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə təxirəsalınmaz tibbi müdaxilə həyata keçirilir. Hazırda vəziyyətləri çox ağırdır. Basqını həyata keçirən şəxslər mütləq tutulmalı və cinayət məsulliyətinə cəlb edilməlidir”.

Vəkil bildirib ki, faktla bağlı cinayət təqibi hələ də başlanılmayıb.(Gununsesi)

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın