Ana səhifə / Şou Biznes / “Bir müğənni hamiləliyini dəniz kənarında nümayiş etdirirsə…“ – Video

“Bir müğənni hamiləliyini dəniz kənarında nümayiş etdirirsə…“ – Video

“Sosial şəbəkələrdə özlərini bu və ya digər söhbətlərlə özlərini gözdən salırlarsa, gənclərə nə deyəsən? Onlar da fikriləşir ki, 50-60 yaşlı kişilər, qadınlar belə edir, biz də belə edək. Asan yolla varlanmaq arzusunda olan insanlar məşhurlaşmaq istəyirlər”.

Bu sözləri “Açıq söhbət” verilişində Xalq artisti Nisə Qasımova deyib.

O bəzi gənc müğənniləri də tənqid edib:

“Bu gün üzlərdən həya silinib. Ürəklərdə beyinlərdə həyasızlıq baş alıb gedir. Deyir, müğənni olmaq istəyirəm, olacam! Halbuki sənəti, təhsili yoxdur. Çünki o belə istəyir.

Texnika və yalandan imza atanlar sağ olsun. İnsanın üzündə həya olmalıdır. Bir müğənni hamiləliyini dəniz kənarında, çimərlik libasında nümayiş etdirirsə, ona “həyasız” deyirlər. Yaxud da həyası olmayan… Ya da müxtəlif pozalarda fotosessiya etdirir. Buna nə ad qoyasan?

Gözəl geyinən müğənnilərimizi, xanımlarımızı öpürəm. Çox bəyənirəm, şıq geyinsinlər. Müəyyən şeylər var ki, onun əndazəsi olmalıdır”.

Həmçinin oxuyun

Natiq Dağlaroğlu onu bıçaqlayan şəxsdən 9 min pul alsa da, şikayətini geri götürmədi

Ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən “Altun saray” şadlıq evində məşhur …