Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Bir milyona restoran açacam” – Azərbaycanlı lotoreya qalibi

“Bir milyona restoran açacam” – Azərbaycanlı lotoreya qalibi

ABŞ-da yaşayan azərbaycanlı Pərviz Quluzadə lotoreyada udduğu 1 milyon dollara restoran açacaq.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Quluzadə bildirib ki, üzərində hazırlıq gedən restoran şərqsayağı üslubda olacaq: “Burada bir Azərbaycan restoranı açacam. Bu məsələdə qərarlıyam. Hazırda bununla bağlı işlər gedir. Restoranın hələ eskizləri hazır deyil. İşlər yekunlaşandan sonra bu barədə əlavə məlumat veriləcək”.

P.Quluzadə üzərində işlər gedən restoranın milli atributlarla bəzənəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da yaşayan Azərbaycanlı Pərviz Quluzadə 2016-cı ilin yanvarında lotoreyada 1 milyon dollar udub. Bu məbləği ona “cek-pot” qazandırıb.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın