Ana səhifə / Şou Biznes / “Bir millətin böyüklük obrazını bu cür qələbələr toplusu yaradır” – Fazil Mustafa

“Bir millətin böyüklük obrazını bu cür qələbələr toplusu yaradır” – Fazil Mustafa

61 kilo çəki dərəcəsində sərbəst güləş üzrə üçüncü dəfə dünya çempionu olan Hacı Əliyevin qələbəsinin əsas dəyəri bilirsinizmi nədir? Böyük xarakter sahibi olmaq! Adamlar bir dəfə olimpiadadada, və ya dünya çempionatında medal alırlar, külli miqdarda pulu qatlayıb ciblərinə qoyurlar, lakin yaşam və idman arsında balansı doğru tənzimləyə bilmədiklərinə görə idman səhnəsində uğurlarını davam etdirə bilmirlər.

Təbii ki, burada zədə üzündən, yaxud da sıxışdıraraq ölkədən didərgin salındığına görə bayrağımızı təkrar qaldıra bilməyən idmançılardan söhbət getmir. Hacı Əliyev məhz sərbəst güləş üzrə ilk üçqat dünya çempionluğunu məsuliyyət sahibi olduğuna görə qazana bildi. İdman davam edən prosesdir. uğur da, uğursuzluq da ola bilər, maneələrlə də qarşılaşa bilərsən, ancaq Vətən qarşısında, məşqçi qarşısında, inananlar qarşısında məsuliyyətini unutmamalısan. Bu fədakar oğul Hacı Əliyev hamını açıq üstünlüklə devirdi, demək ki, iki dəfə çempion olmağı ilə arxayınlaşmayıb, Allahın verdiyi gücdən ağılla istifadə edib, nəticədə də bu qədər möhtəşəm qələbə qazanıb.

Anadolu türkcəsində çox maraqlı bir deyim var: “Şans hazırlıqlı qafalara yardımçı olur!” Ona görə də hər sahədə, hər peşədə insan özünü davamlı təkmilləşdirməli, formada saxlamalıdır, şans bir dəfə əldən çıxar, iki dəfə çıxar, enində-sonunda mütləq haqqı çatanı layiq olduğu yerə qaldıracaqdır. Üçqat dünya çempionumuzla fəxr edirəm, dördqat dünya çempionu olmaq üçün yenə də arxayınlaşmayacağına əminəm. Çünki Qarabağ davasında böyük məqlubiyyət yaşamış bir millətə damla-damla qələbələr qazandırmağa gücü çatan hər kəs əzmlə, yorulmadan çalışmalıdır. İdman olsun, elm olsun, hərb olsun, fərq etməz, bir millətin böyüklük obrazını bu cür qələbələr toplusu yaradır.

Fazil Mustafa, millət vəkili

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın