Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Binanın yanması Xaləddin İskəndərovu bitirə bilər – onun “penoplast” biznesində xüsusi marağının olduğu söylənir

Binanın yanması Xaləddin İskəndərovu bitirə bilər – onun “penoplast” biznesində xüsusi marağının olduğu söylənir

Bakıda binaların keyfiyyətsiz üzlənməsi səbəbindən artıq ikinci bina da alışaraq külə döndü. Bu ilin 11 aprelində Xətai rayonunda baş verən yanğın binaların üzlüyünə daş əvəzi vurulan materialların nə qədər təhlükəli olmasından xəbər verdi. Ancaq maraqlıdır ki, hətta həmin SOS siqnalı da, bu işə məhsul olan şəxslər üçün yetərli olmadı. Əksinə, binaların sintetik materiallarla üzlənməsi davam etdirildi.

Aparılan araşdırmalar göstərir ki, binaların ən çox təhlükəli materialla üzlənməsi Binəqədi rayonunda aparılıb. Bu da nəticə, ikinci bina məhz Binəqədidə yandı və fəsadı daha faciəli oldu. Rəsmi qutrumlar ölən və yaralananların olduğunu bildirir. Hadisə yerində olan Strateq.az-ın əməkdaşı bildirir ki, baş prokuror Zakir Qaralov binada baş verən yanğının ilkin səbəbini üzlük örtüyünün lazımı keyfiyyətdə olmaması ilə əlaqələndirib: “Yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.
Bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.

Artıq bu açıqlama bəzi rəsmilər üçün ciddi siqnal sayıla bilər. Tikinti sektorunda gedən proseslərdən kifayət qədər məlumatlı şəxslərin Strateq.az-a verdiyi informasiyaya görə, binaların sintetiq materiallarla üzlənməsinin başlıca təşəbbüskarlarından biri də məhz Binəqədinin icra başçısı Xaləddin İskəndərov olub. Hər halda, “Təmiz Binəqədi” devizi adı altında köhnə binaların təhlükəli materialla üzlənməsinə Binəqədinin liderlik etməsi bu versiyanı inandırıcı edir və böyük ehtimalla bu, Xaləddin İskəndərovu bitirəcək səbəb olacaq. Xaləddin İskəndərovun penoplasa olan məhəbbətinin əsl səbəbini araşdırmağa çalışacayıq…

M.ƏLİ

Strateq.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın