Bazar , Yanvar 24 2021
Ana səhifə / Şou Biznes / Binəqədidə 86 saylı bağçanın yanındakı zibilxana valideynləri narahat edir – FOTOLAR

Binəqədidə 86 saylı bağçanın yanındakı zibilxana valideynləri narahat edir – FOTOLAR

Bu günlərdə sayta müraciət edən bir qrup valideyn 86 saylı Uşaq Bağçasının ətrafındakı antisanitariya şəraiti və küçə itlərinin yaratdığı təhlükədən gileyləniblər.

Qafqaznews.az-a müraciət edən valideynlər bildiriblər ki, 86 saylı uşaq bağçasının yaxınlığındakı zibilxanadan gələn üfunət qoxusu bağçada uşaqların da sağlamlığına problem yaradır.

13390975_245077095865691_2113886710_n“Yaxınlıqda ət mağazaları var, qəssablar iç-içalatı həmin əraziyə atırlar, küçə itləri yığışır. Biz də uşaqlarımızla keçə bilmirik. İtlər arxamızca düşür, uşaqlar isə qorxurlar. Müxtəlif ərzaqların yola qədər yayılır, üfunətdən isə keçmək mümkün deyil. Bağça müdirəsi Mayisə Vahidovaya demişik, o da bildirib ki, bələdiyyəyə və icra hakimiyyətinə müraciət etmişəm, amma gəlib tədbir görən yoxdur”, – deyə adının çəkilməsini istəməyən valideyn bildirib.13401501_245077085865692_1619457109_n

Biz məsələ ilə bağlı Mayisə Vahidovanın da münasibətini öyrənmək istədik, lakin təəssüflər olsun ki, 86 saylı uşaq bağçasından zəngimizə cavab verən olmadı.

Binəqədi Bələdiyyəsinə zəng etdik, sədr yerində olmadığı üçün, bizi Təsərrüfat şöbəsinin mütəxəssisi Gülnarə Hacızadə ilə əlaqələndirdilər.

Qeyd edək ki, Bələdiyy13393012_245077082532359_242796266_nə də 86 saylı bağça ilə yaxın ünvanda, Gülməmməd Ramazanov küçəsində yerləşir.

“Bizə bağçadan heç bir müraciət olunmayıb. Ərizə ilə yazılı müraciət etsinlər, müvafiq tədbir görək”, – deyə G.Hacızadə cavab verdi.

Əməkdaşımız “Bələdiyyənin küçəsindəki vəziyyətdən özünüzün xəbəriniz yoxdur?” sualı versə də, bələdiyyə əməkdaşı bu sualı cavabsız buraxdı və eyni sözləri təkrar etdi: “Ərizə ilə müraciət edin”.

Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə zəng etdik, şöbə müdiri Elnarə Quliyeva bildirdi ki, əgər dövlət müəssisəsindən 5 metr aralıdırsa, o zaman bu məsələ ilə bələdiyyə məşğul olur.13400960_245077092532358_1045368568_n

“Mən sabah gedib o əraziyə baş çəkərəm. Əgər bir tədbir görmək mümkündürsə, görərik. Bildiyimə görə, orda zibil konteynerləri var. Lakin zibil kənara dağılırsa, vətəndaşlar özləri günahkardır”.

“Hansı dövrdən bir yoxlama aparılır?” sualına şöbə müdiri belə cavab verdi: “Planlı yoxlamalar ayda bir dəfə olur. Plandankənar yoxlama isə vətəndaşların müraciəti əsasında”.

“Bəs sonuncu dəfə nə vaxt həmin ərazidə olmusunuz?” deyə soruşduq, “Bilmirəm, jurnala baxmalıyam” cavabı aldıq.

Elnarə Quliyevadan y13401461_245077089199025_707306913_naxın zamanda bizə məlumat verməsini xahiş etdikdə isə, o, bizi onun işlərinə müdaxilə etməkdə ittiham etdi.

“Mən sizə niyə onu deməliyəm ki? Bir saata biz burda olmayacağıq. Sabah məşğul olarıq. Sizə lazım bildiyim məlumatı verdim”, – deyə şöbə müdiri jurnalistin informasiya almaq cəhdini qeyri-mədəni bir hərəkət kimi dəyərləndirdi.

Sözardı: Belə anladıq ki, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bir dəfə jurnala baxmaq üçün 24 saat vaxt sərf edirlər. Belə olduğu halda, sözügedən problemin həlli üçün də, yəqin ki, bir xeyli zaman gedəcək. Neçə həftə, neçə ay… Bunu demək çətindir.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın