Cümə , Aprel 23 2021
Ana səhifə / Şou Biznes / “Bilmirəm Şuşaya gedən müğənnilərin siyahısını kim tutur, onsuz da mənə qarşı həmişə soyuq münasibət olub”- Zöhrə Abdullayeva

“Bilmirəm Şuşaya gedən müğənnilərin siyahısını kim tutur, onsuz da mənə qarşı həmişə soyuq münasibət olub”- Zöhrə Abdullayeva

Bir neçə gün bundan əvvəl Əməkdar artist Zöhrə Abdullayeva Şuşaya gedən sənətçilərə etirazını bildirmişdi. 
Moderator.az-a açıqlama verən sənətkar məsələyə aydınlıq gətirib.
“Bir çoxları yazır ki, Zöhrə xanım Şuşaya gedən sənətçilərə etirazını bildirib. Bir adam soruşmur ki, Zöhrə nəyə etirazını bildirib? Birincisi bu dövlət səviyyəsində konsert deyildi. Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və s. sənətçilər əsgərlərimizə mənəvi dəstək olmaq üçün ora getmişdilər. Paylaşılan videolardan da gördüm ki, onlar əsgərlərə xeyir-dua verirlər, sağ olsunlar. Onlar mənim vətənimə gediblər, qonağımdılar. Buna çox şadam! Mən onlardan əvvəl Cıdır düzündə konsert verən müğənnilərə etirazımı bildirmişdim. Nə olardı o müğənnilərin yanında 2-3 dənə Şuşalı sənətçi də aparardılar da. Nə olardı Anar Şuşalını, məni o müğənnilərin sırasına qoşardılar. Adam inciyir də, məsələ ora getməkdə deyil, diqqətdədir. Biz 28 ildir ki, bu günü gözləyirik. Mən orada Firəngiz Mütəllimovanı, Fərhad Bədəlbəylini, Vasif Adıgözəlovu görmək istərdim. Bilmirəm bu siyahını kim tutur. Onsuz da mənə həmişə soyuq münasibət olub” -deyə müğənni bildirib.
Əməkdar artist Şuşada yaşayacağını bildirib.
“Mən Şuşada məktəbə getmişəm, orada da yaşamaq istəyirəm. Vətənimdir də, qoy yollar açılsın gedəcəm. Şuşada babamın evi var, o da dayıma qalıb. Düzdü ermənilər dağıdıblar, amma düzəldəcəklər də. Hərhalda gedib dayımın küncündə qalan deyiləm, bir evim olar orada” deyə müğənni bildirib.

Həmçinin oxuyun

Rafaeldən Elzaya tənəli sözlər: “Bizi itlə eyni verilişə çağırmısan…“

Əməkdar artist Rafael İsgəndərov Elza Seyidcahanın aparıcısı olduğu “6/bazar” proqramında müzakirələrə səbəb olan açıqlama verib. …