Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış bloger Aynişan Quliyeva depressiyada olduğunu etiraf edib.
O, bu barədə sosial şəbəkə hesabında yazıb:
“Son günlər o qədər aqressivəm ki, bəzən özümə gücüm çatmır. Bilmirəm bu nə dönəmdir belə, hansı döngədəyəm, amma hazırda vəziyyətim belədir. Bu anlarımda özümü yalnız Lalənin (yoqa təlimçisi) yanında yaxşı hiss edirəm.
Özümü o qədər boşluqda hiss edirəm ki, bilmirəm hara qaçım. Sıxılıram…”
A.Quliyeva sıxıntısının səbəbini gizli saxlayıb.