Ana səhifə / Şou Biznes / Bilgəhin dəniz çimərliyindən reportaj – FOTOLAR

Bilgəhin dəniz çimərliyindən reportaj – FOTOLAR

Yay gəldiyindən insanlarına istirahət üçün üz tutduğu yerlərdən biri də dənizdi. Etiraf edim ki, isti havanı sevmədiyimə görə heç dənizə getməyi də xoşlamıram. Amma, mənim xoşlayıb və ya xoşlamamağım elə də əhəmiyyət kəsb etmir axı, dostum və reportajlarımın fotoqrafı Rəşad Səlimovun təklifinə yox – deyə bilmirəm.
Metronun “Koroğlu” stansiyasından çıxıb Bilgəhə gedən 171 – saylı avtobusa əyləşirik. İkimiz də əlimizdəki çantaya dənizə getmək üçün nə lazımdısa hamısını yığmışıq. Avtobusla Bilgəh qəsəbəsindəki çimərliyə təxminən bir saat sonra çatırıq. Oradan bizə qoşulmaq istəyən dostlarla birlikdə çimərliyə düşmək üçün enişi aşağı düşürük.
Soyunma odası kimi təqdim olunan hər tərəfi qapalı otaqda paltarımızı dəyişib çimərlik şortumuzu geyirik. Dənizin isti havasında qaralan qızlar gözucu əlimizdəki fotoaparata baxaraq onların şəkillərini çəkərik deyə gözlərini bizdən ayırmırlar. Biz də dostlarla əlimizdəki çantamızı dənizin sahilinə qoyub suya giririk. Burda FHN – nin xilasedicilərinin qışqıraraq mikrafonla “geri qayıt, olmaz” – kimi tapşırıqlarına isə əməl edəndə var, əməl etməyəndə.
Küləyin gətirdiyi bu dalğada heç üzmək belə mümkün olmur. Əslində doğrusunu deyim ki, suda üzməyimi yaddan çıxarmışam. Çünki, axırıncı dəfə kəndimizdəki çayda üzənəm. Ondan bəri neçə il keçməsinə baxmayaraq nə çayda, nə də dənizdə üzmüşəm. Məndən fərqli olaraq Rəşad dənizi özünə tabe edə bilir. Üzür və FHN –nin xilasedicinin qışqırığından sonra geri qayıdır. Bilgəh çimərliyini təmizliyinə görə çox tərifləyirlər. Elə biz də bunun şahidi olduq. Doğrudan da buralar təmizdi. Amma, bu təmizliyi gərək biz axıra kimi saxlaya bilək. Hər şey bura istirahətə gələn insanlardan asılıdı. Özümüzlə apardığımız ərzağı yeyib üç saatlıq istirahətdən sonra axırıncı dəfə dənizə girib çimib çıxırıq.
Amma, dənizdən sonra duş almamış belə paltarlarımızı geyinmək isə narahatçılıq olduğu üçün yaxınlıqdakı hamamlara üz tuturuq. Bu daşla hörülmüş hamamda nə isti su, nə də sabun var. Sənə bir manata təklif olunan soyuq duşda çimib paltarlarımızı geyinirik. Yaxınlıqdakı Abşeron sanatoriyasında çay içib axşamüstü geri qayıdırıq. Moderator.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın