Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Şou Biznes / “Beynim çönəndə belələrini tapıb yalvartdırıram”

“Beynim çönəndə belələrini tapıb yalvartdırıram”

Müğənni Səidə Dadaşova sosial şəbəkədə paylaşdığı toy videolarına görə tənqid olunub.

“Ölkə.az” xəbər verir ki, izləyicilərdən biri sənətçini atası, mərhum Xalq artisti Rafael Dadaşovun vəfatından bir il ötməmiş toylara getdiyi üçün qınaylb.

İstifadəçinin “Toy olsun, bəs, o cür sənətkar atan ölüb, bəs o harada qaldı, heç ili çıxmayıb” şərhi ifaçını hiddətləndirib.

“Sən atamın dərdini çəkmək üçün ən son insan olarsan. Bir də ki, atamın ili çoxdan çıxıb. Hər halda ürəyin məndən çox yanmaz. Səhifəmi çirkaba batırma. Atamın ili martın 16-da çıxıb. Heç nə demirəm, kim kimi yalandan qınayır, Allaha tapşırmışam. Əzizindən görsün, beynim çönəndə belələrini tapıb yalvartdırıram” – deyə, S.Dadaşova cavab verib.

Həmçinin oxuyun

Boşanma xəbərləri yayılan Nazilə Səfərli növbəti dəfə ana olacaq – Fotolar

Şairə Nazilə Səfərli növbəti dəfə ana olacaq. Bu barədə N.Səfərlinin özü məlumat yayıb. O, “UZİ” …