Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Beynəlxalq Muğam Mərkəzində “Zəhra” şüarı ilə anım gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Zəhra” şüarı ilə anım gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Zəhra” şüarı adı altında müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçirilib.

“Report” xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbi layihəsi çərçivəsində Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, “Asan Radio” və Azərbaycan Gənclər Fondu tərəfindən təşkil olunub. Layihənin direktoru şairə Nigar Həsənzadə tədbir iştirakçılarına təşəkkürünü bildirib və gecənin məqsədindən danışıb.

Mərasimdə “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Nigar Camal, Azərbaycanın 2008 və 2015-ci illərdə “Eurovision” yarışmasında təmsilçisi və finalçısı Elnur Hüseynov, əməkdar artistlər Sevda Ələkbərzadə və Tünzalə Ağayeva, eyni zamanda şairlər Xəyal Rzazadə, Şəhriyar Del Gerani, Mehman Rəsulov, Solmaz Süleymanlı, Leyli Salayeva çıxış ediblər.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın