Ana səhifə / Şou Biznes / «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu layihə keçirdi
SAMSUNG CSC

«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu layihə keçirdi

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi çərçivəsində, 27 noyabr 2015-ci il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində, Azərbaycanda mərkəzi magistral yollarında mövcud olan, avtomobil qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə, adiyyəti olan dövlət qrumlarının, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, QHT-nın, KİV-nin nümayəndələrinin və avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirmiş vətəndaşların iştirakı ilə Dəyirmi Massa keçirildi. Bu barədə məlumatı Azinforum.az-a Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun
Mətbuat Xidmətindən veriblər.
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti və layihənin rəhbəri Sərraf Orucov çıxış edərək, dəyirmi massa iştirakçılarına ətraflı məlumat verərək, bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqğın, millətin təhlükə mənbəyinə çevirilən avtomobil qəzalarıdır. Dünyada avtomobil qəzalarda hər il 1,5 milyonadək insan dünyasını dəyişir. 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır, əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqaladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır.
Azərbaycanda isə 23 ildən artıq davam edən, Qarabağ mühaibəsindən əlavə yeni bir ölüm növü həyatımıza daxil olaraq, günümüzün ən aktual və bəlalı problemlərindən birinə çevirilibdir. Müharibə, təbii fəlakətlər müəyyən zaman davam edir və bitir, bitməsilə də kütləvi insan qırğınına da son qoyulur. Müharibə və təbii fəlakətlər müəyyən bir ərazini əhatə edir, avtomobil qırğını isə svilzasiyanın olduğu bütün əraziləri əhatə edir və zamansızdır – nə zaman insanı haqlayacağı məlum deyil.
Azərbaycanda son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın və hər 2,4 avtomobil qəzasından biri ölümlə nəticələnir. Təəsüflər olsun ki, hər gün “Avtomobil qəzası nəticəsində coxlu sayda adam öldü” Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Hətta “Bir ailənin bir neçə üzvünün qəzalarda həlak olması” haqqıda xəbərləri eşidirik.
Azərbaycanda hər il təxminən, 2500-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən çox insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır. Təşkilatımızın, son illər ərzində apardığı araşdırmalara əsasən, I-ci Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min itgi vermişdirsə, avtomobil yol qəzaları nəticəsində isə ümumilikdə 30 minə yaxın insan tələfatı olduğu müəyyən olmuşdur. Bu fakt göstərir ki, ölkəmiz kimi, nəqliyyatımız da müharibə şəraitindədi.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, 2014-ci ilin 1 yanvardan, 31 oktyabra kimi 10 ay müddətində respublika ərazisində 2212 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 951 nəfər ölüb, 2227 nəfər yaralanaraq xəsarət almışdır.
2015-ci ilin 1 yanvardan, 31 oktyabra kimi 10 ay müddətində isə respublika ərazisində 1846 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 741 nəfər ölüb, 1905 nəfər yaralanaraq xəsarət alıb. Müşahidələrimizə əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə 366 yol-nəqliyyat hadisəsi, 210 ölüm faktı, 322 xəsarət faktı azalıb. Hesabat dövründə 410 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat
hadisəsi qeydə alınıb. Nəticədə 147 nəfər ölüb, 319 nəfər xəsarət alıb. Hesabat dövründə baş verən qəzalarda ölənlərin 50 , yaralananların isə 99-u azyaşlıdır. Ölən azyaşlı uşaqlardan 17 nəfəri 7 yaşına qədəd, 43 nəfəri isə 7 yaşından 16 yaşlarnda olmuşdur.
Təkcə, Bakı şəhəri üzrə isə, 2015-ci ilin yanvarın 1-dən noyabrpın 14 -nə kimi, 694 yol hadisəsi qeydə alınmışdır. Baş vermiş yol qəzalarında 200 nəfər ölmüş, 746 nəfər isə xəsarət alaraq yaralanmıdır. 2014-ci illə müqayisə etdikdə bu rəqəmlər, DİN Baş Dövlət Yol Polis İdarəsinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, və son aylar, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun həyata keçirdiyi, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi¬hə¬sinin əməkdaşlarının apardıqları təbliğat-təşviqat işləri sayəsində yol-nəqliyyat hadisəsi azalaraq 106 hadisə, 78 ölü və 45 nəfərin xəsarət alınması qeydə alınmışdır.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, 2015-ci ilin 10 ay müddətində Mərkəzdə 16000 sərxoş sürüçü qeydiyatdan keşərək müainə edilmişdir. Sərxoş sürücülərin törrəddiyi 48 yol-nəqliyyat hadisəsində 24 nəfər ölmüş, 61 nəfər isə ağır yaralanmışdır.
Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün rayon xəstəxanalarımız avtomobil yol qəzaları nəticəsində yaralanmış insanlarla dolaraq müharibə şəraitindəki, hospitallara bənzəyir. Axı, 7- 16 yaşlı uşaqların nə günahı var ki, bu uşaqlar heç böyümədən nəqliyyat hadisəsinin qurbanları olurlar.
Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlükə hələ davam edir. Bu problem ictimayyəti narahat edən ən aktual problemlərdən biridir.
Həyata keçirtdiyimiz, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi¬hə¬sini əsas məqsədi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə, Azərbaycanın mərkəzi magistral avtomobil yollarında, yol dairələrdə və əhalinin sıx olduğu avtomobil gözləmə dayanacaqlarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verməkdir.
Əziz vətəndaşlar, təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Çalışaq yol qurbanı olmayaq. Siz də, yol qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın və düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq…
Əziz sürücülər, “UNUTMAYIN Kİ, SİZİN ANİ SƏHLƏNKARLIĞINIZ, ÖZÜNÜZÜN VƏ BAŞQALARININ HƏYATINI ALT-ÜST EDƏ BİLƏR!”
Tədbirdə iştirak edən, Azərbaycan Respublikasının Administrasiyasının ictimai-siyasi məsələlər
şobəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış edərək, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi haqqında çıxış edərək bildirdi ki, layi¬hə¬, Azərbaycan cəmiyyəti üçün olduqca ciddi və aktual problemlərdən biri hesab edilir. Həyata keçirilən layihə mövcud problemi tam həl etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirilə bilər. Ümüd edirik ki, Azərbaycanda ilk dəfə həyata keçirilən “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi sahəsində görüləcək təbliğat-təşviqat işləri avtomabil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsinə öz dəyərli tövhəsini verəcəkdir.
Tədbirdə işdirak edən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseyinova, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin drektor müavini həkim Bilal Əsədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış Ictimai Şuranın sədri Məis Əliyev, Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının baş məslləhətçisi Müqabil Mahmudov, “Gəncliyyə Yardım” Fondunun Vitse Prezidenti Salman Əliyyev, Azərbaycan Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqə Rəhimova, XI-ci əsir Qadinlari ictimai Birliyinin sədri Mahirə Əmirhüseyinova, “Vətən Fədailərinin Hüquqlarının Müdafiyə” İctimai Birliyinin sədri Dadaş Quliyev, “Uşaq hüquqları Alyansının” sədri Nazir Quliyev, Hərbi Jurnalistlər Birliyinin sərdi Üzeyir Cəfərov, “Polisə Dəsdək” İctimai Birliyinin sərdi Şəmsəddin Əliyev, “Demokratik Seçki Mərkəzinin” sədri Qorxmaz İbrahimli, “Şəmsi Əsədullayev adına Xeyriyyə” Cəmiyyətinin sədri Cəsarət Hüseyinov, “Ədalət və Hüquq Kostantik” MMC-nin hüquqşunasları Məcid Məmmədov, Azər Səfərov və başqa QHT-ınn nümayəndələri çıxış edərək, Azərbaycanda mərkəzi magistral yollarında mövcud olan, avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsinin istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə məqsədyonümlü təkliflər verərək, layihəni dəsdəklədiylərini bildirdilər.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın