Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Şou Biznes / Beyləqanda kütləvi dava baş verdi

Beyləqanda kütləvi dava baş verdi

Beyləqan rayonunda kənd sakinləri ilə bələdiyyə sədri arasında kütləvi dava baş verib. “Report” xəbər verir ki, hadisə rayonun İmamverdilər kəndində torpaq üstündə qeydə alınıb.

Belə ki, kənd sakini Rasim Əliyev ona məxsus pay torpağın həmkəndliləri tərəfindən qeyri-qanuni zəbt edilməsi barədə aidiyyəti qurumlara müraciət edib. Bu səbəbdən də bələdiyyə sədri və kənd sakinləri arasında mübahisə yaranıb. Mübahisə sonradan bələdiyyə sədri Əfqan Bəşirov, onun qardaşı Anar Bəşirov və torpağı qeyri-qanuni yolla zəbt edən Bəhrəm Nofər və Mübariz Abdullayev qardaşları ilə ərazinin qanuni sahibi olan Rasim Əliyev, qardaşı Vüqar Əliyev və əmisi oğlu Rafiq Tağıyev arasında kütləvi davaya çevrilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …

Bir cavab yazın