Ana səhifə / Şou Biznes / Beş min yoq Bakıya gəlir

Beş min yoq Bakıya gəlir

İyunun 18-də açıq səma altında Bakıda III Beynəlxalq Yoqa Festivalı keçiriləcək. Yoqa pərəstişkarlarının görüşü həmin gün səhər saat 7-dən axşam saat 7-yə kimi Ağ şəhər bulvarında olacaq.

Layihə təşkilatçılarının Sputnik Azərbaycan-a verdikləri məlumata görə, tədbir xeyriyyə xarakteri daşıyacaq. “Özün üçün faydalı, başqalarına yardım olaraq” devizi altında keçiriləcək tədbirin təşkilatçıları Dənizkənarı Bulvar İdarəsi, Yarat və Yoga Shahi studiyalarıdır.

Bu idman tədbirini keçirməkdə məqsəd sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini populyarlaşdırmaq, həmfikirləri bir araya toplamaq, bütün iştirakçıları, eləcə də Bakıdakı studiyaları, müəllimləri bədən təcrübələrinin müxtəlif istiqamətləri ilə tanış etmək, yoga və ezoterik təmrinlərə dair bilikləri dərinləşdirməkdir.

Tədbirdə 5 min yoqun iştirakı gözlənilir. Festivalın sonunda Ülviyə Rəhimova, Dilarə Kazımova, Aysel Məmmədova, Dihaj qrupu və başqalarının iştirakı ilə konsert olacaq.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın