Ana səhifə / Şou Biznes / Beş illik çaxır bü gün açılır…

Beş illik çaxır bü gün açılır…

Bu gün Xaçmaz şəhər pravoslav kilsəsində rayonun xristian icması səhər saat 10:00 radələrindən etibarən dini ayinlərin icrasına başlayıb. Kilsənin baş keşişi Georginin rəhbərliyi ilə müvafiq xristian ayinləri həyata keçirilib. Xaçmaz rayon polis şöbəsinin əməkdaşları ictimai asayişin qorunmasına ciddi nəzarət ediblər.

Pasxa el arasında həm də “qızıl yumurta” bayramı kimi təsvir edilir. Bu gün İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festivalı və bayramıdır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa bayramı dəyişik günlərdə qeyd edilir. Çünki onun tarixi müasir təqvimə uyğun gəlmir.

Pasxa ilə Novruz bayramı arasında bəzi oxşar cəhətlər var. Məsələn, Novruz bayramında “Qodu-qodu” mərasimi gecə keçirilirsə, Pasxada gündüz keçirilir. Novruzda olduğu kimi Pasxada da yumurta boyanır, növbənöv şirniyyatlar bişirilir. Qohumlar, qonşular, tanışlar biri-birini bayram münasibəti ilə təbrik edir.

Pasxa günündə xristian dininə mənsub hər bir ailədə “Pasxa” adlı şirniyyat bişirilir. Bu şirniyyat Pasxa gününün əsas rəmzilərindən biri hesab edilir. Pasxa günündə saxsı küp qablarda yerin altında 5 il və daha çox saxlanan çaxırlar açılır. Xaşmazda keçirilən mərasimdə xristian icması böyük ruh yüksəkliyi ilə iştirak edib. Əməkdaşımızla söhbət edən icma nümayəndələri prezident İlham Əliyevin onları bu bayram münasibətilə təbrik etməsini müsbət hal kimi vurğulayıblar. Bayramı yüksək səviyyədə keçirməyə şərait yaratdığına görə, dövlətdən razılıqlarını ifadə ediblər. (Sputnik)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın