Ana səhifə / Şou Biznes / Beren Saat paylaşım etdi: Kənan Doğuluya hörmətsizlik…

Beren Saat paylaşım etdi: Kənan Doğuluya hörmətsizlik…

Türkiyənin məşhur aktrisası Beren Saat 2004-cü ildə yol qəzasında həlak olan keçmiş sevgilisi Efe Gürayın doğum gününü İnstaqram hesabında yad edib.

Teleqraf.com xəbər verir ki, hər il Güray haqqında paylaşımı ilə diqqətə çıxan aktrisanın yazdığı qeyd izləyicilərini ikiyə bölüb.

Keçən il Efe Gürayın ad gününü qeyd etdiyi üçün Beren Saatla həyat yoldaşı Kənan Doğulu arasında qalmaqal yaşanmışdı.

İnstaqramda 5 milyona yaxın izləyicisi olan Beren Saat hesabının hekayə hissəsində Gürayın onu qucaqladığı fotosunu paylaşıb, “Ad günün mübarək. Mənim qəhrəmanım” qeydini yazıb.

Bir çox sosial media istifadəçisi aktrisanın paylaşımını həyat yoldaşı Kənan Doğuluya hörmətsizlik kimi qiymətləndirib. Bəziləri isə dünyasını dəyişən birinin xatirəsini anmağı sədaqət əlaməti sayıb.

Qeyd edək ki, Beren Saatın məşhur olmadığı vaxtlarda eşq macərası yaşayan Efe Güray 2004-cü ildə 19 yaşında yol qəzasında vəfat edib.

Həmçinin oxuyun

“İndiki gözəllər broyler toyuğuna bənzəyirlər” – Rövşanə Ağasifqızı

Aparıcı Rövşanə Ağasifqızı maraqlı açıqlaması ilə diqqət çəkib. Verilişlərdən birinə qonaq olan aparıcı qadın-kişi münasibətlərindən …