Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Belimizdən qırmızı” açılmamış “xəyanət”lə üzləşirik…

“Belimizdən qırmızı” açılmamış “xəyanət”lə üzləşirik…

XƏYANƏT…
Bu söz nə qədər qorxulu və arzuolunmaz olsa da yer kürəsində 79 % insanın bu bəla ilə üzləşdiyi barədə statistika kal armud kimi hər kəsin boğazında qalmaqda…
Etiraf etmək nə qədər çətin olsa da bu gün xəyanət cəmiyyətimizdə mövcud olan ən aktual problemlərdən biridir. Əksəriyyətimiz “xəyanət” dedikdə ər-arvad arasında olan (cinsi) xəyanəti nəzərdə tuturuq və bizim üçün ən ağır zərbə isə fizioloji xəyanətdir deyə düşünürük. Pisixoloqların fikrincə xəyanətin 3 forması var: Fizioloji, psixi və sosial xəyanət. Fiziki xəyanət adından göründüyü kimi cinsi xəyanətdi. Psixi xəyanət dedikdə isə yanında biri, düşüncədə başqa birinin olmasıdır, sosial xəyanət isə ailədə bəzən kişinin öz xanımına hökmranlıq edərək onu cəmiyyətdən uzaqlaşdırmasıdır…
Bir sevginin xəyanətdən güclü düşməni ola bilməz. Hamı bilir ki, xəyanət olan yerdə sevgi bitmək təhlükəsi ilə üzləşir. Qadınlara nisbətən kişilər daha çox xəyanət edir. Deyirlər güya qadın kişinin tələblərinə cavab vermir və ya kişi əsl sevgisini tapmadığını anlayır. Kimisi də deyir ki, əgər kişi xəyanət edirsə, günah qadındadır və s. Xəyanətin ilk simptomları qadına qarşı diqqətsizlik sayılır. Bir neçə qadının həyatının xronologiyasını ümumiləşdirib bu yazını yazmaq istəyirəm ki, bir qərara gələk.
 
Səbəbi nədir axı xəyanətlərin? 
Statistikaya görə qadın ərinə toydan 5-7 il sonra xəyanət etməyə risk edir. Kişi isə evlənəndən cəmi 1 həftə sonra bu addımı atmağa hazırdır. Yəni belimizdən qırmızı açılmamış xəyanətlə üzləşirik…
Bəs xəyanət edən kişi necə bilinir?
Xəyanət edən kişi özünü bəzi hərəkətləri ilə “ələ verir”. Əvvəlcə xanımı bunu hiss edir, öncə bəzi məsələlərin yolunda olmadığının fərqinə varır. Daha sonra həyat yoldaşının bir sözünün digəri ilə uyğun gəlmədiyini anlayır. Həmçinin, xanımına xəyanət edən kişi onun gözünün içinə günahkar uşaq kimi baxır. Xəyanət edən kişilər evdə mümkün qədər az zaman keçirir, ailəsinə,  xanımına az maraq göstərir ki, bu da qadında bəzi şübhələr yaradır.
Bir nüans da var ki, xəyanət edən qadınlar da az deyil…
Bu gün xəyanəti bağışlayan kişilər də var, ailəsini qorumaq adı ilə rahatlıqla xəyanəti adi hal kimi qarşılayan, özlərini kimlərəsə göstərmək naminə “mükəmməl ailə “stasusları yazan qadınlar da. Biz də bunlara haqq qazandırmağa başlamışıq.
Bəs ailələrdə nə baş verir? Niyə xəyanət bu qədər bizə yaxın olub?
Bu suala hərə bir cür cavab versə də əsl cavab başqadır… əslində hansı qadın ki, özünə güvənmir, ömrünün axırına qədər xəyanətlə yaşayır. Çünki qorxur ki, boşansa, maddi çətinliklə üzləşər. Hansı “KİŞİ” ki, tənbəldi, evdə oturum arvad məni saxlayır da deyirsə o kişinində arvad yanında dili olmur və hər şeyi qəbul edir.
İstər kişi olsun, istər qadın, insan gərək öz mənliyini qorusun! Bu yerdə bir fikir düşdü yadıma…Sənə bir xəyanət edəni bağışlasan, o səndən yenə istifadə edəcək, çünki xəyanət bir ruh halı deyil, xarakterikin ən əskik formasıdır. Gəlin sevgiyə, ailəyə, nikaha qeyri-ciddi münasibətin sərgilənməsinə yol verməyək. Vəfalı olaq ki, vəfalı insanla üzləşək.  Sevgidə vəfa və səmimiyət hər şeydən önəmlidi. Hər səhvi bağışlamaq olar. Amma yalan və xəyanəti əsla…
Tünzalə İsmayılova

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın