Ana səhifə / Şou Biznes / Belçikalı iş adamı Hafiz Məmmədova 5 milyon avro təklif edib

Belçikalı iş adamı Hafiz Məmmədova 5 milyon avro təklif edib

Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın “Lans” klubunu satmaq üzrədir. “Report”un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, təklif belçikalı iş adamı Qreqori Make tərəfindən edilib.

Q.Make səhmlərin 75%-ni əldə etmək üçün 5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Belçikalı iş adamı gələn həftə H.Məmmədovdan rəsmi cavab gözləyəcəyini deyib.

“Lans”ın hazırkı prezidenti Jerve Martel isə məsələylə bağlı ötən həftə H.Məmmədovla görüşüb və klubun səhmlərini satmasını bildirib.

Qeyd edək ki, Hafiz Məmmədov “Bakı” klubunun prezidentidir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın