Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Belarusun dərman şirkəti Azərbaycandakı ucuzlaşmadan narahatdır

Belarusun dərman şirkəti Azərbaycandakı ucuzlaşmadan narahatdır

Belarusun “Belmedpreparatı” şirkəti Azərbaycanda dərman vasitələrinin qiymətlərinin ucuzlaşdırılmasına görə ziyana düşüb.

Virtualaz.org saytı Belarus KİV-lərinə istinadn xəbər verir ki, Belarusun Səhiyyə Nazirliyinin təlimatına əsasən bu ölkənin dərman zavodları yerli valyutanın dollarla müqayisədə dəyərdən düşməsinə baxmayaraq qiymətləri artıra bilmir.

Hazırda Belarusun dərman zavodları ölkə daxilində qiymətlərin artımının məhdudlaşdırılmasına görə xərclərini güclə ödəyə bilir.

Şirkətin baş direktoru Pavel Koxovets deyib ki, onların istehsal etdiyi dərman pereparatları Azərbaycana da ixrac edilirdi.

“Hazırda Azərbaycan bizim dərmanların qiymətini 30 faiz azaldıb. Biz bu məsələni nizamlamaq üçün danışıqlar aparırıq”- o bildirib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın