Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Belə kişi kimə lazımdır ki?!“ – Mənzurə

“Belə kişi kimə lazımdır ki?!“ – Mənzurə

“15 yaşımdan toylara getmişəm. Vaxt olub ki, 3 mağazam olub. Hər şeyi özüm üçün təkbaşına etmişəm. Su gələn arxa bir də gələr. Allah yıxılmağa qoymayıb. Ondan çox razıyam. Verən də Alllahdır, alan da Allah. Şükürlər olsun bu günümüzə”.

Moderator xəbər verir ki, bunu müğənni Mənzurə Musayeva deyib. 

O əlavə edib: “Gənc nəsil özünü reklam etməyi, sosial şəbəkələrdə paylaşmağı bacarır. Biz bir az bundan geri qalmışıq. İnstaqram səhifəmi işlədirlər, heç özüm işlədə bilmirəm.

Ara-sıra baxıram, yazılan mesajlarla maraqlanıram. İstəsəydim öyrənərdim, amma buna həvəsim və vaxtım yoxdur. Sənət adamı heç vaxt pis insan ola bilməz. Onun gözəl ürəyi olmasa gözəl mahnılar ifa edib, xalqa sevdirə bilməz. Mən heç vaxt sənətçinin pis tərəfini görmürəm. Bəlkə də var, amma ona da gözəl gözlə baxmışam” deyə müğənni bildirib.

Mənzurə Musayeva bildirib ki, ailədə hörmət qarşılıqlı olmalıdır:

“Kişi xanımına qarşı məsuliyyətli olub, onun qulluğunda dayanmalıdır. Elə bəylərimiz var ki, özləri qulluq istəyir. Təbii ki, xanım da kişiyə diqqət göstərməlidir. Bu hörmət və diqqət yarıbayarı olmalıdır. Xanımı diqqətsiz qoyan kişi kimə lazımdır ki? Hər bir qadının xoşbəxt olmağa haqqı var. Amma həyatımdakı bəzi xoşbəxtlikləri qaçırmışam. Xoşbəxtlik bir andır, hər zaman sənin həyatında olmur”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …