Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / BDM sədri İsmayıl Ağayevin doğum günüdür –  Onun 50 yaşı tamam olur

BDM sədri İsmayıl Ağayevin doğum günüdür –  Onun 50 yaşı tamam olur

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayevin doğum günüdür. Onun 50 yaşı tamam olur.
Azərbaycanın ictimai həyatında, xüsusilə diaspor fəaliyyətində uzun illərdir xidmət göstərən İsmayıl Ağayev on ilə yaxındır ki, mərkəzimizə rəhbərlik etməkdədir. Gənc yaşlarından başlayaraq, Azərbaycan hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmış və müstəqilliyimizin bərpasının ilk illərində ictimai asayişin, dövlətçiliyin qorunması istiqamətində, xüsusilə Qarabağda gedən döyüşlərdə yaxından iştirak etmişdir. Vətən həsrəti, Qərbi Azərbaycana qayıdış, itirilmiş torpaqların azad edilməsi və Azərbaycanın dünyada tanıdılması məsələsi İsmayıl Ağayevi ictimai fəaliyyətlə, diaspor məsələləri ilə məşğul olmağa vadar etmişdir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın haqq məsələləri istiqamətində aparılan böyük bir diaspor hərəkatının bu gün öndə gedən şəxslərindən biri də məhz İsmayıl Ağayevdir.

Keçmiş postsovet ölkələrində, Avropada, qardaş Türkiyədə və dünyanın bir sıra ölkələrində onun birbaşa ideya və rəhbərliyi ilə Beynəlxalq Diaspor Mərkəzi tərəfindən ölkəmizin tanıdılması və milli maraqlarımızın təbliğ və müdafiə edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. İsmayıl Ağayev insani dəyərlərə, dostlara, ailəyə hər zaman geniş qəlblə bağlı olmuşdur. Onun şəxsiyyət kimi bütünlüyü onda olan Vətən, millət və dövlət sevgisinin təzahürüdür.

Müqəddəs amallar uğrunda illər boyu apardığı mübarizə bu gün onun 50 illiyinə bir hesabatdır. Ömrünün mühüm və gözəl çağında bizlərlə bərabər addımladığına görə, Beynəlxalq Diaspor Mərkəzinin çoxsaylı üzvləri adından bir daha məmnunluğumuzu ifadə edərək yubileyi münasibətilə İsmayıl Ağayevi səmimi qəlbdən təbrik edir, şəxsi həyatında və ictimai fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
BDM İdarə Heyəti
Bakı, 1 iyul 2016

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın