Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / “Bazarstor”da balıq davası – VİDEO

“Bazarstor”da balıq davası – VİDEO

Bakının məhşur supermarketindən alınmış ərzaq xanım alıcı ilə obyekt sahibi arasında münaqişəyə səbəb olub. Alıcı Esmiralda Şıxamirova iddia edir ki, ”Bazarstor”da ona xarab ərzaq satıblar. Xanım alıcı criminal.az-a açıqlamasında bildirib ki, noyabrın 29-da ”Bazarstor”un Əhmədli qəsəbəsindəki mağazasından ”Ağ Amur” balığı (Belamur) alıb. Balığı evdə bişirən zaman onun xarab olduğunun şahidi olub.

Şikayətçi deyir ki, balığı qızardan zaman parçalanmağa başladı. Baxmayaraq ki, balığın pis qoxusu yox idi, amma çox acı dadırdı. Həmin balığı müayinə üçün Respublika Baytaqlıq Laboratoriyasına apararaq təhvil verib. Laboratoriyanın nəticəsi 2-3 gün ərzində bilinəcək. E.Şıxamirova bildirdi ki, xarab hesab etdiyi balıqla bağlı mağazanı məlumatlandırıb. Qarşı tərəf ona balığın xarab olmadığını, əksinə çox dadlı olduğunu deyib. “Azərsun Holdinq” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, şikayətçi xanım balığı alandan iki gün sonra xarab olması ilə bağlı mağazaya müraciət edib.

Yoxlanıldıqdan sonra məlum olub ki, həmin məhsulda heç bir problem yoxdur. Holdinq rəsmisinin sözlərinə görə, həmin alıcının ”Bazarstor”a qarşı tutduğu mövqedə qərəz var. Çünki heç bir laboratoriya müayinəsi olmadan aldığı balığın xarab olmasını iddia edir və ”Bazarstor”un imicinə zərbə vurur. Ona görə də, həmin xanım məhkəməyə veriləcək. A.Səfərov əlavə etdi ki, xarab olduğu deyilən balıq məhsulundan mağazada tonlarla satılıb və heç bir şikayət gəlməyib.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın