Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bayram Nurlu koronavirusa yoluxdu

Bayram Nurlu koronavirusa yoluxdu

Sosial şəbəkə fenomeni Bayram Nurlu koronavirusa yoluxub. 

Belə ki,  Bayram Nurlu özünü yaxşı hiss etdiyini bildirir:

“Özümü yaxşı hiss edirəm. Səhhətimdə şükür narahatlıq yoxdur hələ. Amma pullarım havaya uçdu. Bilirsiz ki, mən tez-tez tətilə yollanmağı sevirəm. Çox işləyirəm. Gərgin oluram. Mənə istirahət vacibdir. Moskvaya uçmalı idim. Özümün və işçilərimin gediş-dönüş biletlərini almışdım. 
5 ulduzlu oteldə otaqlar haqqını ödəmişdim. Hətta həftəboyu bizi gəzdirməli olan lüks avtomobil və sürücünün də haqqını ödəmişdim. Yenə də ebi yox. Canıma gələn puluma, malıma gəlsin”.

Bayram deyir ki,komandasından COVİD 19-a yoluxan təkcə özüdür. İşçilərinin heç birində virus çıxmayıb:

“Onları göndərmək istədim. Heç biri mənsiz getmədi. Duyğulandım. Söz verdim ki, bir həftəyə sağalım yenə də onlarla tətilə gedəcəyəm. Mən həssas insanam. Allah bütün xəstələrə şəfa versin”.(shownews.az)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …