Ana səhifə / Şou Biznes / Başçının müavininə qarşı ittiham var

Başçının müavininə qarşı ittiham var

Sabirabad rayon icra başçısının müavini Həsən Həsənovun siqaret qaçaqmalçılığı ilə məşğul olduğu iddia olunur.

Bu barədə məlumat azerinews.org-a Sairabad RİH-dəki mənbəmizdən daxil olub.

İddiaya görə rayonda rüşvət və özbaşınalığın toxumun əkən H.Həsənov, bu azmış kimi İran İslam Respublikasından, ölkəmizə müəyyən yollarla keçirdiyi siqaret monopoliyasının başında duranlardandı. Belə ki, məlumatlı mənbənin dediyinə əsasən, icra başçısının müvini Sabirabad və digər rayonlarda “Amore”, D&J, X3 və.s. siqaretlərin satışının təşkil etdirir.

İran İslam Respublikasının, aksiz markası ilə satılan siqaretlər Sabirabad rayonunda eləcədə kənd və qəsəbələrinin istənilən dükan – marketlərdə, satışını təşkil edilib.

Bundan başqa öz biznesini genişləndiməklə məşğul olan, Rusiya və Ukrayna aksiz markası ilə spirtli içkilərin topdansatışını Sabirabad rayonunda təşkil edən icra başçısının müavini Həsən Həsənov yerli əhalini incitməklə də məhşurdur.

Azerinews.org-a daxil olan malumatlarda oda bildirilir ki, dərdlərini və problemlərini icra başçısına bildirmək istəyən yerli sakinlər cənab Həsənov tərəfindən əngəllənir. Bu da yerli əhali ilə icra başçısı arasında haqlı narazılıqlara səbəb olur.

Məlumat üçün bildirək ki, redaksiyaya yazılı şəkildə şikayət edən bir qrup Sabirabad rayon sakini Həsən Həsənovun özbaşınalıqlarından cana yığıldıqlarını deyirlər. Onlar rayonda getdikcə kök atan məmur özbaşınalığının qarşısının alınması üçün prezidentə müraciət etmək istədiklərini də bildiriblər…

Qarşı tərəfidə dinləməyə hazırıq.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın