Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Barda yanan model: “Mənim gəzməyim milləti niyə yandırır?!”

Barda yanan model: “Mənim gəzməyim milləti niyə yandırır?!”


“Axı mənim 10 gün sonra çölə çıxıb qızlarla gəzməyim niyə milləti yandırır?”

Bu sözləri bir müddət əvvəl “Location” gecə klubunda baş verən partlayışda xəsarət alan model Təranə Rzayeva sosial şəbəkə hesabında yazıb.

Rəfiqələri ilə gəzməyə çıxan model görüntülərini sosial şəbəkədə paylaşdıqdan sonra qınaqlarla üzləşib. Qınaqlarla üzləşən model buna sərt reaksiya verib:

“Onsuz da qınaqdan qorxurdum. Mən partlayışdan sonra ağsaq qalmışam. Şikəst kimi gəzirəm. Həkim deyir gəzməlisən ki, yanan yerlər bitişməsin. Atamı itirdikdən sonra bu gün ilk dəfə “Tarqovı”da rəfiqələrimlə çıxıb gəzdim. Mənim dərdim mənimdir, sizin deyil. Qohum-əqrəbam məni qınamırsa, siz kimsiniz?!

Bütün dərdimi yataq otağımda qoyub çıxıram. Bu xarakter də mənə atamdan keçib. Dağ kimi bibilərim, əmilərim, bibim uşaqları, ailəm yanımdadır, mənə dəstəkdirlər. Onlar heç nə demirsə, siz kimsiniz? Allaha şükr, mənim çox gözəl qohum-əqrəbam var. Allah onları mənə çox görməsin. Əsas onlar qınamırsa, siz heç kimsiniz də yəni…”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …