Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Baqaj”ında Azərbaycana 3 baş donuz cəmdəyi gətirdi – Fotolar

“Baqaj”ında Azərbaycana 3 baş donuz cəmdəyi gətirdi – Fotolar

Bu gün DBNX-nin Ağstafa rayon Baytarlıq İdarəsi tərəfindən növbəti reyd aparılıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən “Jiquli-07” markalı 25 BP883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilib.

Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı məlum olub. O da məlum olub ki, donuz cəmdəklər Gürcüstan ərazisindən ölkəmizə gətirilib.

Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək laboratoriyaya göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

 

“Baqaj”ında Azərbaycana 3 baş donuz cəmdəyi gətirdi -  Fotolar
“Baqaj”ında Azərbaycana 3 baş donuz cəmdəyi gətirdi -  Fotolar
“Baqaj”ında Azərbaycana 3 baş donuz cəmdəyi gətirdi -  Fotolar

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın