Ana səhifə / Şou Biznes / Bankirlər “Çudo Peçka”nı hansı yollarla mənimsədilər? – Şok iddialar

Bankirlər “Çudo Peçka”nı hansı yollarla mənimsədilər? – Şok iddialar

“Bank Standard”dan mağazalar şəbəkəsinə ayrılan 20 milyon manat hara xərclənib?

Bu günlərdə məşhur iş adamı, müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovla bağlı Qafqaznews.az saytına ilginc məlumatlar daxil olub. Məlumatda qeyd olunur ki, “Çudo Peçka” MMC Cəlilov Çingiz Asim oğlu tərəfindən yaradılmış (18 yanvar 2002-ci il tarixdə onun adına qeydiyyatdan keçmiş) və sonuncuya məxsus olub.

“Çingiz Cəlilov uzun müddət öz iş fəaliyyətində “Bank Standard” QSC ilə əməkdaşlıq etmiş və onların arasında kredit münasibətləri mövcud idi. 2011-ci ilin əvvəlində «Bank Standard» QSC-nin idarə heyətinin sədri Səlim Kriman Çingiz Cəlilova təklif edib ki, “Çudo Peçka” MMC və bu ad altında fəaliyyət göstərən mağazalar şəbəkəsinin “Bank Standard” QSC-nin idarəçiliyinə versin, həmçinin “Çudo Peçka” MMC-nin təsis payından 10 faizi isə şəxsən ona güzəşt edilsin”, – deyə mənbə bildirir. Mənbənin sözlərinə görə, bunun müqabilində, Səlim Kriman müəssisənin banka olan kreditinin silinəcəyini, mağazalar şəbəkəsinin inkişaf etdiriləcəyini və hər ay Ç.Cəlilova müəssisədən əldə edilən gəlirlə yanaşı, ayrıca olaraq 30 min manat ödəyəcəyəini vəd etmişdi.1431681953_0001

“Bu təklifi müsbət qiymətləndirən Ç.Cəlilov, Səlim Krimana inanaraq, razılaşmış, «Bank Standard» QSC-nin idarə heyətinin sədri kimi Səlim Kriman ilə 03 fevral 2011-ci il tarixdə müqavilə bağlayıb və yuxarıda göstərilən şərtlər və öhdəliklər həmin müqavilədə rəsmiləşdirilib. Bu müqavilənin bağlanılması ilə eyni zamanda Çingiz Cəlilovun “Çudo Peçka» MMC-nin təsis payından 10 faizinin Səlim Krimanın adına olan Koykos adalarında qeydiyyatdan keçməsi göstərilən “KEA Holdings Limited” adlı ofşor şirkətə əvəzsiz olaraq güzəşt edilməsi barədə, həmçinin “Çudo Peçka” MMC-nin isə “Bank Standard” QSC-nin yaratdığı və onun iradəsi ilə hərəkət edən “Bakery Operating Company” MMC-yə kənar idarəçiliyə verilməsi barədə müqavilələr bağlanılıb. Beləliklə, Kriman “Çudo Peçka” şirkətini özünün və rəhbərlik etdiyi bankın “caynaqlarına” ilişdirir”, – deyə  qeyd olunur.

Məlumata görə, “Bank Standard” QSC-nin idarə heyətinin sədri Səlim Kriman “Çudo Peçka” MMC-nin təsis payından 10 faiz əldə etməklə yanaşı (qalan 90% indiyə qədər Cəlilovlara məxusdur), “Çudo Peçka” MMC-ni də tam şəkildə ələ keçirərək onu idarə etməyə başlamışdı. “Göstərilən müqavilələr bağlanıldıqdan 1 il sonra, 2012-ci ilin fevral ayında Səlim Kriman «Çudo Peçka» MMC-ni inkişaf etdirmək məqsədi ilə böyük məbləğlərdə pula ehtiyac olduğunu bəhanə edərək, Cəlilov Çingiz və onun yaxın qohumları – doğma qardaşı və iki oğluna kredit müqavilələrinə imza etdirməklə, “Bank Standard”dan 20 milyona yaxın vəsait ayrılmasına nail olub. Amma Səlim Kriman külli miqarda pul vəsaitlərinin «Çudo Peçka» MMC-nin inkişaf etdirilməsi üçün ayrıldığını bəhanə edərək, həmin pul vəsaitlərini şəxsən Cəlilovlara verməyib.

Cəlilovların həmin dövrdə pul vəsaitlərinin “Çudo Peçka” MMC-nin fəaliyyətinə sərf olunmasına şübhələri olmamış və onlar Səlim Krimana etibar etmişdilər. Lakin, 2014-cü il tarixdən «Bank Standard» QSC-nin onları məhkəməyə verdiyini və onların iştirakı olmadan məhkəmə qətnaməsinin qəbul edildiyini və külli miqdarda pul vəsaitlərinin onlardan tutulduğunu eşitdikdə, buna çox təəcüblənmişlər. Sonradan məsələ ilə maraqlandıqları zamanı Səlim Krimanın işdən kənarlaşdırıldığını eşitmiş və almadıqları pul vəsaitlərinin onlardan tutulacağını başa düşmüşlər.

img1384378Bir müddət məhkəmə çəkişmələri davam etmişdir. Nəhayət Cəlilovların hüquqşünasının «Bank Standard» QSC-yə rəsmi müraciətindən sonra, 2015-ci ilin avqust ayında ona Cəlilov Çingiz Asim oğlunun bank hesabından kredit kimi ayrılmış pul vəsaitləri ilə əlaqədar aparılmış bank əməliyyatları barədə çıxarış təqdim olunmuşdur. Bu zaman müəyyən olunmuşdur ki, Cəlilov Çingiz Asim oğlunun hesabında olmuş külli miqdarda , milyonlarla pul vəsaitləri “Çudo Peçka” MMC-nin inkişaf etdirilməsi üçün deyil, çoxlu sayda ayrı-ayrı şəxslərin adlarına olan hesablara köçürülmüşdür.

Bununla əlaqədar, Cəlilovlar onların bank hesablarında olan kredit kimi ayrılmış pul vəsaitlərinin kimlərin hesabına və hansı məqsədlərlə köçürülməsinin aydınlaşdırılması üçün banka rəsmi müraciət etmiş, bank bununla bağlı sənədlər təqdim etməkdən imtina etdiyi üçün sonuncular iddia ərizələri ilə məhkəmələrə müraciət etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cəlilovların iddiası təmin olunmuş, sonuncuların bank hesablarından külli miqdarda pulları kimlərin və hansı məqsədlərlə başqa şəxslərin hesablarına köçürmələri barədə sənədlərin Cəlilovlara hesab sahibləri kimi təqdim edilməsi vəzifəsi banka həvalə edilib”, – deyə məlumatda əlavə olunur.

Bildirilir ki, “Bank Standard” QSC bu sənədləri təqdim etməmək üçün bütün qüvvəsini toplayaraq, Bakı Apellyasiya Məhkəməsində rayon məhkəməsinin qətnaməsinin ləğv olunmasına nail olub: “Hazırda həmin işdən Azərbaycn Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilib”.

Qəribədir, «Bank Standard» QSC-nin rəhbərliyi, bilavasitə hazırda bankın Müşahidə Şurasının sədri olan Kamal İbrahimov Cəlilovların adına açılmış bank hesablarından külli miqdarda pulların kim tərəfindən çıxarılmasını və kimlərin hesablarına, hansı məqsədlərlə köçürülməsi barədə sənədləri nə üçün təqdim etməkdən belə çəkinir. İstər-istəməz sual yaranır, əgər «Bank Standard» QSC Cəlilovların hesabları üzərində sərəncam vermək orada olan istədikləri kimi istifadə etmək səlahiyyətləri olmuşsa, yəni Bankın hərəkətləri qanuni olmuşdursa, onda həmin hesablardakı pulları hansı məqsədlərlə sərf edildiyini Bank nəyə görə gizlədir.

Mənbənin sözlərinə görə, hazırda, Cəlillovlar “Bank Standard” QSC-nin rəhbərliyi, o cümlədən onun idarə heyətinin sədri Səlim Kriman tərəfindən aldadıldıqlarını anlamış, həm şirkətlərinin Bank tərəfindən ələ keçirildiyini (5 il ərzində “Bank Standard” mağazalar şəbəkəsini işlədərək Cəlilovlara heç bir hesabat verməyib), həmçinin də onların adına ayrılmış külli miqdarda pul vəsaitlərinin mənimsənildiyini başa düşüblər. Saytın apardığı araşdırmalar nəticəsində məlum olub ki, “Bank Standard”ın Müşahidə Şurasının sədri Kamal İbrahimov tanınmış professor, DİA-nın sabiq rektoru Seyfəddin Qəndilovun bacısı oğludur, onun anası isə Dövlət İqtisad Universitetində kafedra müdiridir.

Araşdırmamız davam edir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın