Bu gün saat 10:30 radələrində Balakən şəhərində “Azəryem Sənaye MMC”yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən yayılan məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.
Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.
Əlavə məlumat veriləcək.