Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakının Şərifzadə küçəsində kütləvi dava olub

Bakının Şərifzadə küçəsində kütləvi dava olub

Bakının Yasamal rayonunda kütləvi dava olub.

Azinforum.az  APA-ya istinedən xəbər verir ki, hadisə Şərifzadə küçəsində baş verib.

Dostları ilə toydan çıxan 33 yaşlı Elgiz Şakir oğlu Mehdiyevin naməlum şəxslərlə mübahisəsi düşüb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri üzərində gəzdirdiyi bıçaqla Elgiz Mehdiyevin kürək nahiyəsindən zərbə endirib. Yaralı dostları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın