Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakının “Qul bazarı”ndan ürəkağrıdan görüntülər… – VİDEOREPORTAJ, FOTOLAR

Bakının “Qul bazarı”ndan ürəkağrıdan görüntülər… – VİDEOREPORTAJ, FOTOLAR

Bakının Sulutəpə qəsəbəsində “Ekologiya postu” adlanan ərazidəki “Qul bazarı”nda dayanan fəhlələrin görüntüsü ürəkləri ağrıdır.
Hər gün səhər saat 7-də buraya iş tapmaq ümidi ilə axın edən bu insanlar bəzən günlərlə qızmar günəş altında gözləməklə kifayətlənirlər. 15-20 manata günəmuzd fəhlə işləyənlərin əksəriyyəti bölgələrdən paytaxta çörək dalınca gələnlərdir.
Onlar burada gündəlik 10-15 manat pul qazanır, ailələri isə onlardan çörəkpulu gözləyir. Bir yandan manatın ucuzlaşmasından sonra fərdi tikintilərin dayanması, digər tərəfdən isə iri dövlət layihələrinin təxirə salınması usta-fəhlə sinfini də işsiz qoyub. İndi onlar həyət təmizləməyə, əl-ayaq işləri görməyə də razıdırlar, yetər ki, gündəlik kirayə və yemək xərclərini çıxara bilsinlər.
Yaxınlıqda dayanan hər avtomobil onlarda bir ümid yaradır, diksinib ayağa qalxırlar. Gələnin müştəri olmadığını görəndə isə özləri də düşdükləri durumdan, burada durub, iş gözləməklərindən utanırlar. Əksəriyyəti 25-40 yaş arasında olan fəhlələr videokamera qarşısına çıxmaqdan da çəkinirlər.
Rayonlardan paytaxta gələnlər qazandıqlarının bir hissəsini kirayə puluna, bir hissəsini isə gündəlik xərclərinə verirlər. Bəzən günlərlə iş olmadığından ailələrinə də pul göndərə bilmirlər.
Çətinliklə olsa da, fəhlələrdən bir neçəsini danışdırmağa çalışırıq. Adını gizlədən həmsöhbətim deyir ki, artıq axşam düşür, bu gün cəmi 7 manat pul qazanıb, bu isə heç xərclərini qarşılamır.
Daha ətraflı aşağıda təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.
Məğrur Salmanov,
Fotolar və video müəllifindir.





Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın