Bakıda “qara bazar”da ABŞ dolları almaq istəyən şəxs dələduzluqla üzləşib.
Report-un məlumatına görə, 34 yaşlı paytaxt sakini Sabit Altay hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bu ilin may ayında Lalə adlı şəxs ondan 194 600 manat pulu ABŞ dollarına dəyişmək adı ilə alıb, lakin indiyədək qaytarmayıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.