Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakının mərkəzində kobudcasına qaydanı pozan “Bakı Taxi”nin sürücüsü (VİDEO)

Bakının mərkəzində kobudcasına qaydanı pozan “Bakı Taxi”nin sürücüsü (VİDEO)

Bakı şəhərində fəaliyyət göstərən “Bakı Taxi”nin sürücüsü günün günorta çağı yol hərəkəti haqqında qanunu kobud şəkildə pozur.
Bu barədə Baku.ws saytının redaksiyasına şikayət daxil olub. Şikayət edən vətəndaş bununla bağlı video göndərib. Videodan da görmək olar ki, 10-TH-764 dövlət nömrə nişanlı avtomobilin sürücüsü şəhərin mərkəzində maşını saxlayır və aşağı düşür. Hərəkətin gur olduğu vaxtda, saxlanma qadağan olduğu yerdə taksini saxlayan sürücü narazılıqlara baxmayaraq heç kimi saymadan özbaşınalıq edir.
Yaxşı olardı ki, sürücülər kimliyindən asılı olmayaraq bir az məsuliyyətli olardılar. Özlərindən başqa qarşısında olan yol hərəkəti iştirakçısını da düşünməlidirlər. Çünki onların etdikləri sabah öz başlarına gələ bilər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın