Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakının mərkəzində dəhşət: Xala bacısı qızını 10 il əsir saxladı – VİDEO + FOTO

Bakının mərkəzində dəhşət: Xala bacısı qızını 10 il əsir saxladı – VİDEO + FOTO

Azərbaycanda növbəti Pərvanə olayı gündəmə gəlib.
Moderator.az -ın məlumatına görə, Xoşqədəm Hidayətqızının “Xəzər” TV-də yayımlanan “Bizə danış” proqramı daha bir qadının bağlı qapı arxasında əsir saxlanıldığını üzə çıxarıb.
Proqramın qaynar xəttinə gecəyarı gələn zəngin izi ilə Sevilin yaşadığı, daha doğrusu, əsir saxlanıldığı yerə gedən aparıcı gördüklərindən dəhşətə gəlib. Üfunət iyindən qadının saxlanıldığı məkanın pəncərəsinə yaxınlaşmaq mümkün olmayıb. Sanitar qovşağı olmayan bir yerdə uzun müddət yaşamağın nə demək olduğunu hər halda təsəvvür etdiniz…
10 ildir bağlı qapı arxasında qalan qadın yalnız sosial yardım üçün tələb olunan sənədlərin  hazırlanmasında iştirak etmək məqsədilə oradan çıxarılıb. Bu müddət ərzində – qışda və yayda qızdırıcısı olmayan, tövləni xatırladan yerdə yaşayıb.
Xalası tərəfindən əsir saxlanılan qadın, əsasən qonşuların dəmir barmaqlıqların arasından ötürdükləri yemək-içməklə qidalanıb.
Sözügedən Sevil 10 il əvvəl bir qız uşağı dünyaya gətirib. Lakin həmin uşağı heç kim görməyib. Hətta studiyaya zəng edən qonşunun biri bir neçə il əvvəl Sevilin dilənçilik etdiyini bildirdi.
Studiyaya gətirilən xala Sevili həqiqətən də bağlı qapı arxasında saxladığını inkar etməyib və bu hərəkətini bacısı qızının psixoloji pozğunluğu ilə əlaqələndirib.
Lakin studiyaya zəng edən qonşular Sevilin əvvəllər normal olduğunu, uzun müddət qapalı yerdə qaldığından ağılını “itirdiyini” söylədilər.
Qonşuların sözlərinə görə, hazırda həbsxanada olan narkoman qardaşı tərəfindən işgəncələrə məruz qalan qadın sonradan xalanın əsirinə çevrilib. Bir tərəfdən də dünyaya gətirdiyi körpəsinin əlindən alınması ona böyük zərbə olub. Qonşular deyiblər ki, Sevil hər kəsdən qızını soruşurmuş.
Sevil hazırda Xoşqədəm Hidayətqızı tərəfindən dövlət müəssisəsinə yerləşdirilib. Onun normal həyata uyğunlaşması üçün lazım olan hər şey edilir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın