Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakının hər yerində qumarxanalar açılır – FOTO, VİDEO

Bakının hər yerində qumarxanalar açılır – FOTO, VİDEO

Xəbər verdiyimiz kimi, bu ilin əvvəlindən etibarən paytaxt Bakıda və bölgələrdə sürətlə qumarxanalar açılmağa başlayıb. Loto – qumar oynanılan bu məkanlara Bakının demək olar ki, bütün rayonlarında rast gəlinir. 
Musavat.com olaraq bu məkanların bir neçəsindən geniş reportajlar təqdim etmişik.
Loto – qumarxanaların iş rejimi, oyun qaydaları haqda bir neçə dəfə ətraflı məlumat vermişik.
Əvvəlcə qeyd edək ki, Bakının Yasamal, Xətai, Nizami, Nəsimi, Sabunçu, Xəzər, Nərimanov və bir neçə rayonlarında qısa zaman ərzində açılan bu qumarxanalar şəbəkə şəklində fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci bəndinə əsasən, qumarxana təşkil etmə və saxlamaya görə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin görünən budur ki, bu qadağaya əməl edən yoxdur. Əks halda şəhərin mərkəzi küçələrində, gecə saatlarınadək kimlər cəsarət edib qumarxana işlədərdi?
Məlum məsələdir ki, şəbəkəni himayə edən şəxs və ya şəxslərin bütün bu qadağalara qarşı gələcək qədər “sözləri” keçərlidir. Loto-qumarxanaların hamısında oyun qaydaları eynidir. Bu məkanlarda işləyənlərin ara-sıra yer dəyişdirdiyini də müşahidə etmək mümkündür. Sadəcə çayın pulsuz olduğu məkanlarda 3 kartın qiyməti 2 manatdır. Ay ərzində qumarxanalardan qazanılan məbləğ yüz minlərlə manat civarında olur.
Yeni açılan məkanlardan biri də Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının çıxışındadır. Yuxarıda da qeyd etdiyimiz kimi, məkanların hamısında oyun qaydaları, obyektlərin dizaynı eynidir. Bu məkanı digərlərindən fərqləndirən və əsas diqqətimizi çəkən məqam isə, obyektin qarşısında səsgücləndiricilər vasitəsi ilə yoldan keçənlərin “Maraqlı və gəlirli vaxt keçirmək istəyirsinizsə, bizim “Elit loto” kluba buyurun. Yüksək uduşlar əldə etmək istəyirsinizsə, bizim Elit loto kluba buyurun” qumara dəvət edilməsidir.
Bu cür reklam növü ölkədə sürətlə geniş büsət alan qumarxana şəbəkəsini idarə edənlərin yeniliklərindən biridir. Məkanın digər özəlliyi isə, uduşda məişət əşyalarının da olmasıdır.
 
Yazdıqlarımızla sanki bu qumarxanaların reklamını aparır, onların harada olmasını insanların diqqətini çatdırmaq missiyasını yerinə yetiririk. Çünki qanunla qadağan olunmuş qumarın təşkil olunmasını, məkanların yerini, fəliyyətini müvafiq qurumların diqqətinə çatdırsaq da, heç bir tədbir görülmür. 
 
Maraqlıdır, niyə? Bu suala cavab verməli olan şəxslər çoxdur…
Qumarxana
Qumarxana 2

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın