Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Bakılılar dəniz kənarına qərənfil düzür – Foto

Bakılılar dəniz kənarına qərənfil düzür – Foto

Bu gün saat 12:00-da Günəşli yatağında yanğın nəticəsində  itkin düşən 29 neftçinin əziz xatirəsini anmaq üçün Bulvar ərazisində dənizə qərənfillər atılacaq.

 

Axar.az xəbər verir ki, bu barədə artıq sosial şəbəkələrdə “Hərəyə bir qərənfil ataq” adlı kampaniya başladılaraq çağırış edilib. Çağırışda deyilir:

 

“Ürəyi bizimlə olan hər kəs yanımızda ola bilər. Bulvar qərənfilini dənizə atıb, dünyasını dəyişən həmvətənlərimizi yad etmək üçün münasibdir.

 

Saat qülləsi başlanma nöqtəmizdir. Ancaq kimin marşurutu hansı istiqamətə yaxındırsa, elə oradan da qərənfilini ata bilər”.

 

***

 

Günəşli yatağında yanğın nəticəsində  itkin düşən 29 neftçinin əziz xatirəsini anmaq üçün Bulvar ərazisində “Hərəyə bir qərənfil ataq” kampaniyası başlayıb.

 

Şəhər sakinləri sözü gedən əraziyə gələrək qəzada həlak olanların xatirəsini yad ediblər.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın