Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Bakıdakı qumarxanaların hamısı bir gündə bağlandı – FOTOLAR

Bakıdakı qumarxanaların hamısı bir gündə bağlandı – FOTOLAR

Bakıdakı son bir neçə ayda sürətlə açılan loto-qumarxanaların hamısı bir gündə bağlanıb.

Musavat.com saytında Bakının müxtəlif rayonlarında açılan loto-qumarxanaların fəaliyyəti ilə bağlı geniş reportajlar bir neçə dəfə dərc olunub. Bakının Xətai, Nəsimi, Nizami, Yasamal, Sabunçu və bir çox rayonlarında qısa müddətdə sürətlə şaxələnən loto-qumarxanalar artıq bağlanıb.

Bu qumarxanaların şəbəkə şəklində fəaliyyət göstərməsi məlum məsələ idi. Qumarxanalara nəzarəti eyni şəxslər həyata keçirirdilər, işçiləri belə, bir neçə gündən bir fərqli məkanlarda gözə dəyirdilər.

Hər ay on minlərlə manat qazancı olan bu məkanların fəaliyyəti təbii ki, bir çoxlarının maraq dairəsində idi. Buna görə də uzun müddət bu məkanlar haqda yazılar dərc edilsə də, qanunsuz olaraq qumarxanaların fəaliyyətini himayə edənlərin olduğu bildirilsə də, heç bir tədbir görülmürdü. Nəhayət ki, asan pul qazanmaq istəyənlərin “işi” bağlandı.

Əməkdaşımız bu gün bağlanan bir neçə məkana baş çəkib. Xətai rayonunda, “Həzi Aslanov” metrostansiyasının çıxışındakı “Samovar” çay evinin qapıları bağlanıb. Çay evi adı ilə açılan bu məkan loto-qumarxana kimi fəaliyyət göstərirdi. Yaxınlıqdakı taksi sürücüləri bildirdilər ki, məkan təxminin 3 gün əvvəl bağlanıb.

4 ildir ki, bu ünvanda taksi sürücüsü kimi fəaliyyət göstərən 64 yaşlı Nazim Qasımov deyir ki, bu obyektin bağlanması bütün sakinləri sevindirib: “Bağlanması lap əla oldu. Qadın, uşaq burdan keçə bilmirdi. Səhər saatlarına qədər oynayırdılar. Təşkil edənlər qazanırdı, oynayanlar bədbəxt olurdu. Çox gec bağladılar”.

“Neftçilər” metrostansiyasının çıxşındakı loto-qumarxana da bağlanıb və artıq obyekt icarəyə verilir.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki qumarxananın da qapılarına qıfıl vurulub. Həmçinin Yasamal və Binəqədi rayonlarındakı qumarxanalar da bağlanıb.

İlkin Muradov,
Fotolar müəllifindir

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın