Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Bakıda “zapravka”da təhlükəli anlar: qaz borusu partladı –VIDEO

Bakıda “zapravka”da təhlükəli anlar: qaz borusu partladı –VIDEO

Bakıda yanacaqdoldurma məntəqəsində qorxulu anlar yaşanıb.

Musavat.com-un məlumatına görə, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən “RM petrol” maye-qaz doldurma məntəqəsində saat 18 radələrində qəza baş verib.

Qaz doldurularkən boru partlayıb. 20-30 dəqiqə ərzində hadisəyə müdaxilə edən olmayıb. Yüksək təzyiqlə ətrafa yayılan qaz panikaya səbəb olub.

Qəza baş verərkən “RM petrol”un ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Ətrafda olan ticarət obyektləri fəaliyyətini davam etdirib, xeyli sayda insan hadisəni izləmək üçün ora toplaşıb. Hadisə şahidlərinin dediyinə görə, baş verən qəzanı izləyənlər arasında siqaret çəkən şəxslər də olub. Onlara xəbərdarlıq edildiyindən, hadisə yerindən uzaqlaşdırıldığından baş verə biləcək faciənin qarşısı alınıb.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın