Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bakıda yol polisi sürücünü söydü, dava düşdü – VİDEO

Bakıda yol polisi sürücünü söydü, dava düşdü – VİDEO

Səbail rayonunda, Axundov parkı yaxınlığında Yol Patrul Xidməti əməkdaşları ilə sürücü arasında qalmaqal yaşanıb.

Aznews.az xəbər verir ki, yol kənarında avtomobilini saxlayan sürücü polisin təzyiqi ilə üzləşib. Hadisə şahidlərinin sözlərinə görə, polis əməkdaşlarından biri sürücünü söyüb.

Elə qarşıdurma da bundan sonra yaranıb. Polis əməkdaşı sürücünü təkbətək “razborka”ya çağırıb. Nəticədə sürücü özünü müdafiə etmək üçün polisə müqavimət göstərib.

Digər polis əməkdaşları onları sakitləşdirməyə çalışsa da, YPX əməkdaşı sürücüyə zor tətbiq edərək, onu xidməti avtomobilinə əyləşdirmək istəyib.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın