Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakıda yol polisi sürücünü hiddətləndirdi: “Yol polisi mənə şər atdı” – Video

Bakıda yol polisi sürücünü hiddətləndirdi: “Yol polisi mənə şər atdı” – Video

Bakıda yol polisi tərəfindən cərimələnən sürücü etiraza qalxıb.

Azinforum.az xəbər verir ki, bu gecə başına gələnləri criminal.az-a danışan sürücü Bəhruz Məmmədov yol patrul xidmətinin əməkdaşını ona şər atmaqda itiham edir.

B.Məmmədov bildirdi ki, noyabrın 18-də saat 00.30-da özünə məxsus 90 MJ 721 dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobil Ceyhun Rəhimov küçəsində 99 YP 351 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücünün sözlərinə görə, inspektor Murad Ağamalı onu saxlamasına ilk olaraq “Əməliyyat qruppasıdır, sənədləri yoxlayırıq. Sizin heç bir qanun pozuntunuz yoxdur” deyib:

“Sonra isə içkili sürücülərə qarşı reyd keçirdiyini bildirib. Halbuki, içkiyə qarşı reydin əmri və alkotestin sertifikatı təqdim olunmadı. Qanun qarşısında aciz qaldıqda isə başladılar şər atmağa. Məni dönmə işığından istifadə etmədiyimə görə KYP 064086 nömrəli protokol tərtib etdi. Maşını Ceyhun Rəhimov küçəsində saxlasa da, protokolda səhv ünvan A.Məhərrəmov küçəsi göstərilib”.

Şikayətçi ona tərtib olunmuş protokolun ləğv edilməsi, YPX-nin əməkdaşlarının cəzalandırılması və onlara vəzifə borclarının yada salınmasını tələb edir.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov criminal.az-a açıqlamasında bildirdi ki, yol polisi təyin olunmuş dislokasiya üzrə xidmət aparır. Yol patrul xidməti əməkdaşının sürücüdən özünü təqdim edərək saxlamasının səbəbini deməli və eyni zamanda, sənəd tələb etmək ixtiyarı var. Əgər sürücü sənədini vermirsə, post-patrul xidmətinin əməkdaşı çağırılaraq həmin sürücü yaxınlıqda polis bölməsinə aparılmalı və şəxsiyyəti dəqiqləşdirilməli və proses sənədləşdirilməlidir. Əgər vətəndaş hesab edirsə yol polisi tərəfindən ona qarşı yolveriməz hərkətə olub, bu haqda mütləq yuxarı rəhbərliyə yazılı və şifahi müraciət etməlidir.

Bölmə rəisi deyir ki, sürücülər polis əməkdaşına qarşı nümunəvi olmalı, aqressiya göstərməməlidir.

Şikayətçi sürücü yol polisi ilə aralarında baş verən söhbətin video gorüntülərini criminal.az-a göndərib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın