Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakıda yaşayış binasında liftin qaldırıcı qurğusu qırıldı – 1 nəfər yaralandı

Bakıda yaşayış binasında liftin qaldırıcı qurğusu qırıldı – 1 nəfər yaralandı

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1 nəfər xəsarət alıb.

Azinforum.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb:

“Qəza zamanı xəsarət almış şəxs vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.

Məlumata görə, zərərçəkmiş şəxsin kimliyi hazırda dəqiqləşdirilir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın