Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bakıda yarım milyonluq avtomobillə kobud qayda pozuntusu – VİDEO

Bakıda yarım milyonluq avtomobillə kobud qayda pozuntusu – VİDEO

Bakıda bahalı avtomobil sürücüsünün kobud qayda pozuntusu kameraya düşüb.
Hadisə oktyabrın 1-də baş verib. Videoda qiyməti təxminən 500 min dollar olan «Aston Martin» markalı, 10 OX 006 dövlət nömrə nişanlı avtomobilin qarşı yola çıxıb təhlükəli vəziyyət yaratması əksini tapıb. Diqqət etdikdə görünür ki, avtomobil təxminən 200 metr məsafədə qarşı yola çıxaraq sürətlə hərəkət edir. Bununla o, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur, qəza şəraiti yaradır.
Qeyd edək ki, bu əməlinə görə həmin sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat-4 bal cərimə gözləyir. Əgər burada avtomobilin sürət həddini aşdığını qeydə alan radar varsa, o zaman məsələyə bir qədər fərqli yanaşmaq olar. Dövlət Yol Polisinin bu sürücü ilə bağlı müvafiq addım atacağına ümid edirik.(avtosfer.az)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın