Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakıda xanımlar qırmızı avtomobillərdən imtina edir –YENİ TENDENSİYA

Bakıda xanımlar qırmızı avtomobillərdən imtina edir –YENİ TENDENSİYA

Son zamanlar xanımlar qırmızı və əlvan rəngli avtomobillərdən imtina edirlər. Bunu Fins.az-a müsahibəsində avtomobil eksperti Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, əvvəl kiçik maşınlara üstünlük verən xanımlar indi iri ölçülü avtomobillər sürməyə başlayıblar. Məsələn, əvvəllər “Toyota Yaris”,”Nissan Micra”, “Volkgaven Polo”, “KİA Rio”, “KİA Picanto” kimi modellərə üstünlük verən xanımlar indi “Toyota Carolla”, “Toyota Rav4” kimi avtomobilləri seçirlər.
Bundan əlavə xanımlar “Bu nədi, “jenski maşındı”-deyə qırmızı və əlvan rəngli avtomobillərdən imtina edirlər. Qadınlar daha çox ağ, qara və yaş asfalt rəngli avtomobilləri seçirlər: “Hesab edirəm ki, bu da qırmızı maşın sürənlərə qarşı “qadındı, sürə bilmir” kimi streotiplərin formalaşması ilə bağlıdır. Xanımlar göstərmək istəyir ki, yolda hamı bərabərhüquqludur”.
Ekspertin sözlərinə görə, xanımlar hər zaman komfortlu avtomobillərə üstünlük verirlər: “Avtomobildə kondisioner mütləq olmalıdır, eyni zamanda oturacaqların tənzimlənməsi avtonom rejimdə olmalıdır. Qadın alıcılar həm də salonun dəri olmasına önəm verirlər. Qısası, avtomobil “full” olsun”.
E.Cəfərov bildirib ki, Azərbaycan alıcısı avtomobilə qarşı çox tələbkardı. Ona görə də, ölkəyə gətirilən avtomobildə bəzi təhcizatlar- xüsusilə də kondisioner və lyuk mütləq olmalıdır.
Kişilərə gəlincə, ekspert bildirib ki, əsasən avtomobilin yanacaq sərfiyyatına və salonun genişliyinə diqqət yetirirlər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın