Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bakıda uşaqların kütləvi dispanserizasiyası aparılır?

Bakıda uşaqların kütləvi dispanserizasiyası aparılır?

Bakının bütün uşaq poliklinikalarında qeydiyyatda olan azyaşlılar həkim müayinəsindən keçirilir. Profilaktika məqsədilə aparılan müayinələr may ayının sonuna kimi davam edəcək.

Bu barədə virtualaz.org-a Binəqədi rayonunda yerləşən 21 saylı uşaq poliklinikasından məlumat verilib. Həkimin sözlərinə görə, müayinələr Səhiyyə Nazirliyinin tapşırığı əsasında aparılır:

“Bizə Səhiyyə Nazirliyindən tapşırılıb ki, may ayının sonuna kimi poliklinikalarda qeydiyyatda olan bütün uşaqları müayinədən keçirək. Uşaqlar otorinolarinqoloq, oftalmoloq, stomatoloq, kardioloq, nevropatoloq nəzarətindən keçirilir və hər hansı problem, o cümlədən, kəskin respirator xəstəlik aşkarlanarsa, müvafiq müalicə yazılır”.

Paytaxt sakini Sürəyya Əsgərovanın virtualaz.org saytına bildirdiyinə görə, onun da evinə zəng olunaraq uşaqlarını müayinəyə gətirmək tapşırılıb:

“Bizim evdə iki – 7 və 3 yaşında uşaqlar var. Poliklinikadan zəng elədilər ki, onları donuz qripi ilə əlaqədar müayinəyə gətirin. Nazirlik qriplə bağlı təhlükəsizlik aylığı keçirir. Uşaqları apardıq, müayinə elədilər, şükür Allaha, hər şey yaxşı çıxdı”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva isə virtualaz.org-a açıqlamasında bu barədə məlumatlı olmadığını deyib.

“Ola bilər ki, bu 6 aylıq uşaqlara vurulan yeni peyvənd vaksini ilə əlaqədar olsun. Azərbaycanda donuz qripi yoxdur, bunun yayılması ilə bağlı laborator təsdiq yoxdur. Poliklinikalarda müayinələr isə dispanserizasiya ilə də əlaqədar ola bilər. Məndə poliklinikalarda bütün uşaqların müayinə olunması ilə bağlı məlumat yoxdur. Ümumiyyətlə, bütün uşaqları poliklinikalara dəvət etmək olmaz axı”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın